Avropa ölkələrindən tutmuş ABŞ-a qədər, Rusiya da içində olmaqla, dünyanın tanınmış və tanınmamış simaları, deputatlar, politoloqlar, sənətçilər, müğənnilər, day nə bilim hansı kərtənkələlər Dağlıq Qarabağı su yoluna döndəriblər. ABŞ-ın və Avropanın üzdə olan şirkətləri gəlib Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan rayonlarında məktəb tikir, ev tikir, bağça tikir, otel tikir, yol çəkir, su çəkir. İşğal altındakı rayonlarımızla qardaşlaşır, bacılaşır, sevgili olur, nə bilim day nə olur.
O gün də biz Qarabağ xanlığının yaranmasının 270 illiyini qeyd eləməsək də, Pənah xanın saldığı Xankəndinin Şaumyanın adının verilməsinin 95 illik yubileyinə yenə tökülüb gəlmişdilər. Bayram elədilər, yedilər, içdilər, dikdilər və getdilər.
Dağlıq Qarabağa və ümumiyyətlə, işğal olunmş Qarabağa Azərbaycan hökumətindən icazəsiz gələnlərin hamısı dövlət sərhədini qanunsuz keçdiklərinə görə cinayət məsuliyyəti daşıyırlar və onlar Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayətə cəlb olunmalıdırlar.
Və bunların bir çoxu haqqında da cinayət işi qaldırılır . Və hətta Lapşini də tutub gətirib soxdular həbsxanaya.
Məsələ nədi? Bu gəlib-gedənlərin bir çoxu xarabalarına döndükdən sonra bizim Xarici İşlər Nazirliyinə bir üzrxahlıq məktubu göndərirlər, səhv elədiklərini bildirirlər və bağışlanmalarını xahiş edirlər. Təbii ki, Elmar müəllimin də ürəyi çox genişdi, elə üzrxahlıq məktubunu alan kimi onları «əfv» eləyir.
Haqlarında cinayət işi qaldırılan adamları hansı səlahiyyətlərlə Xarici İşlər Nazirliyi «əfv» eləyir. Nə vaxtdan məhkəmə-hüquq sistemi öz səlahiyyətlərini Xarici İşlər Nazirliyinə verib?
Hörmətli hüquqşünaslar, məhkəmə-hüquq sisteminin səlahiyyətlərini mənimsədiyinə görə XİN məsuliyyət daşıyır, yoxsa yox?
Nə isə.. .
Xarici İşlər Nazirliyi Əfv Komissiyası deyil, XİN dövlət sərhədini qanunsuz pozanlar haqqında əlində olan məlumatları hüquq-mühafizə orqanlarına göndərməlidi, qalanları hüquq-mühafizə orqanlarının işidi.
P.S. Çox hörmətli Elmar müəllim, bir urus müğənnisi vardı ey, gəlib Xankəndində konsert vermişdi, siz də onun adını «qara siyahıya» salmışdınız. Sonra da üzrxahlıq məktubu yazdı və onu da qeyd elədi ki, gəlib işğaldan azad olunmuş Cocuq-Mərcanlıda da konsert verməyə hazırdı. Siz də onu «əfv» elədiniz. O müğənni gəlib Cocuq-Mərcanlıda konsert verdi, bilmirsiniz?
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
"Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlayıb.
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb. Hadisədən sonra hər iki şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?