banner
banner

"Hər gün qadın ağlayır"

"Hər gün qadın ağlayır"
Yazar: Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva qadına qarşı şiddətə etiraz çağırışlarını özündə əks etdirən bir bəstəyə sözlər yazıb. 

Cia.az xəbər verir ki, Facebook hesabında bu barədə yazan millət vəkili bu sözləri bir müddət əvvəl Türkiyədə vəhşicəsinə qətlə yetirilən Özgəcan Aslana həsr etdiyini yazaraq ağrılı xatirəsini paylaşıb. 

Qənirə Paşayevanın xatirəsini və şeirini təqdim edirik: 

''Qadına qarşı şiddətin dünyada artması hamımızı ciddi narahat etməlidir. Ölkəmizdə və hər yerdə qadına qarşı şiddətə barışmaz olmalıyıq, ciddi mübarizə aparmalıyıq, çünki sonu hər zaman ağır faciələrlə bitir. Mersində Xocalı soyqırımı ilə bağlı konfransda çıxış etməyə gedəndə Özgəcanın ailəsini ziyarət etməyi də özümə borc bilmişdim. Gənc övladının faciəli ölümündən böyük sarsıntı keçirən ata-anasının acısı ürək dağlayırdı. Otaqdakı məşhur fotodan isə Özgəcan ürəkləri dağlayan məsum baxışları ilə bizə baxırdı. Anası diqqətlə baxdığımı görüb “sizcə nə söyləyir?” dedi. Ananın gözlərində o qədər ağrı var idi ki, nə cavab verdiyimi, nə söylədiyimi belə xatırlamıram. 

Taleyin qəribə işləri var. Bir neçə gün əvvəl bir dostumuz Türkiyədə bir layihə əsasında qadına qarşı şiddətə etiraz çağırışlarını özündə əks etdirən bir bəstənin sözlərini mənim yazmamı rica etdi. O gözləri və ananın sualını xatırladım və dünyanın hər yerində qadına qarşı şiddətə “yox” deyək düşüncəsi ilə “Ömürlər solmasın” deye yazdım. Daha yaxşısını yazmaq istərdim, amma gücüm buna çatdı. Qadına qarşı şiddət - anaya şiddət, anaya qarşı şiddət isə topluma şiddətdir. Unutmamalıyıq... 

 

ÖMÜRLER SOLMASIN 

Kadınlar, 

Rabbinden sana emanet, 
Onun ayağının altıdır 
Cennet, 
Unutma! 
Acizlikten doğar her şiddet... 
Şiddete uzanan kollar kırılsın! 
Kadını öldüren eller kırılsın! 
Sen, şiddete karşı tavrını takın, 
O mutlu yarınlar, yakın, çok yakın, 
Her kadın bir anne, unutma sakın! 
Güvenilir bir yer olsun dünyamız, 
Sevgiyle, neşeyle dolsun dünyamız... 
Canavarlar her gün bir can dağlıyor, 
Yıkılan yuvalar, kara bağlıyor, 
Her gün anne, her gün kadın ağlıyor... 
Ne olur çiçekler, erken solmasın! 
Şiddete duyarsız, insan olmasın! 
Anneler, babalar, beni dinleyin! 
Evdeki şiddete geçit vermeyin! 
Öğretmenler, şiddete siz “dur” deyin! 
Budur mutluluğa götürecek sır, 
Okuldan başlasın “şiddete hayır!” 
“Özgecan” diyor bak, milyonlarca can: 
“Sevgi dolsun dünya, dökülmesin kan, 
Solmasın ömürler, ölmesin insan...” 
Sorulsun hesabı akan kanların! 
Ağlamasın anası Özgecanların...'' 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: