banner
banner

Qənirə Paşayeva AzTV-dən yazdı: “Yeni mərhələ başlayıb”

Qənirə Paşayeva AzTV-dən yazdı: “Yeni mərhələ başlayıb”
Yazar: Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva Az.TV-yə həsr olunan məqalə ilə çıxış edib. Musavat.com həmin məqaləni təqdim edir:

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişikliklərinin baş verməsini həm tamaşaçı, həm də keçmiş bir həmkar olaraq böyük məmuniyyətlə izləyirəm. Efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb. Qısa müddət ərzində belə dəyişikliklərə nail olmaq önəmli uğurdur və ümid edirəm ki, uğurlar daha da artacaq.

Bir sözlə görünən odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və Az.TV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur. Burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir.

Təbii ki, böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə də birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır.

Xüsusilə ictimai-siyasi proqramları qeyd etmək istəyirəm. Dəfələrlə qonaq qismində dəvət aldığım bu istiqamətdə proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır.

Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır. Bu da məncə Az.TV-nin efir praktikasında ilklərdən biridir.

Mədəniyyət kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır.

Bütün bunlar efir palitrasını zənginləşdirir, nəticə etibarı ilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, Az.TV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadece mümkün deyil.

Az.TV-dəki həmkarlarıma bundan da böyük uğurlara imza atmalarını diləyirəm.

Qənirə Paşayeva,
Millət vəkili"

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: