Adını bilmədiyim, əsgər balam, Azərbaycan əsgəri, səni çox-çox uzaqdan, əmin-aman iş otağımdan salamlayıram! Bu əmin-aman şəraiti yaradan sənsən, sənin rəşadətin, sənin cəsarətin, sənin qüdrətindir!
Etiraf edim ki, bu əmin-amanlıqdan, asudəlikdən bir qədər darılıram. Biləndə ki, mən yazı masası arxasında əyləşəndə, çay içib çörək yeyəndə, rahat yerimə uzanıb dincələndə sən soyuq səngərdə, od-alov saçan döyüş meydanında ölümlə üz-üzə dayanmısan. Amma nə etməli, görünür, bu dava, qəsb edilmiş torpaqlarımızın azadlığı uğrunda gedən müqəddəs savaş sənin qismətinmiş.
Atalarımız demiş, hər bir kişinin həyatında mütləq bir müharibə, savaş olmalıdır. Bu sarıdan bəxtin gətirib, sənə müqəddəs bir müharibə qismət olub, bu müharibə müqəddəs olduğu qədər də şərəflidir. Sən vətənimiz Azərbaycanın qiymətli incisi Qarabağın azadlığı uğrunda döyüşürsən. Əsgər balam, sən mütləq qalib gələcəksən, hər cəhətdən möhtəşəm Qarabağımızı azad edəcəksən! Əyilmiş qəddimizi dikəldəcəksən, bizi düşmən tənələrindən, dost qınaqlarından, qonşu kinayələrindən qurtaracaqsan. Cəbhədən qəhrəman kimi qayıdacaqsan! Döyüş igid əsgərim, dörd yanına üfunət saçan mənfur düşmənin bağrını yar, məkr dolu qəlbini parçala, üçrəngli müqəddəs bayrağımızı gözəl Şuşamızın ən yüksək zirvəsinə sanc. Qoy bayrağımız o ucalıqda vüqarla dalğalansın!
İgid əsgərim, sən xoşbəxtsən, çünki övladlarına Qarabağsız Azərbaycanı deyil, Qarabağlı bütöv Azərbaycanı miras qoyacaqsan. Bu, gələcək nəsillərə səndən möhtəşəm ərmağan olacaq. Bəlkə də zaman keçəcək, illər dolanacaq, adın yaddaşlardan silinəcək, amma əməlin, böyük əməlin heç vaxt unudulmayacaq, XİLASKAR AZƏRBAYCAN ƏSGƏRİ!
Amerika Yuxu Tibbi Akademiyasının həkimi İndira Gurubhagavatula MedicalXpress-ə bildirib ki, xroniki yuxu çatışmazlığı bir sıra təhlükəli xəstəliklərin riskinin artması ilə sıx bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.