banner
banner

Mədənİyyət

Onsuz yaşamaq çətin

Onsuz yaşamaq çətin
Yazar: Leyla Əliyeva

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Cia.az saytına təqdim edib. “Ümid” adlı şeiri oxucuların ixtiyarına veririk.

Ümid hər birimizin 
uşaqlıqdan içində 
sadədil inanışla 
yaşayan bir... vərdişdi. 
Qəlbimiz çırpınanda, 
bir əlac axtarmışıq, 
köməyə gəlib ümid. – 
Ümidə tapınmışıq..!

“Ümid yoxdur” deyənlər 
öz-özünü aldadır. 
Biz onsuz neynəyərik? – 
şaxtalarda donarıq, 
günahlarda batarıq... 
Onsuz yaşamaq çətin; 
bir addım belə atmaq 
mümkün deyil ümidsiz. 
Onsuz bir kövrək yarpaq 
bapbalaca bir kol da 
bizimçün qorxuludur. 
Cəsurun qəlbində də, 
o yaşayır, döyünür... 
amma ki, qorxağa da 
ümid böyük güc verir...

Mən öz ümid payımı 
səninlə bölüşərəm. 
O sanki bir Günəşdir. – 
Göz yaşların qurudur. 
Hər şey olduğu kimi 
yerində qalsa belə, 
Ümidlər dilindəki 
adi yalanı belə 
min bir rəngə boyayır...

Olub-keçənlər üçün 
bağışlayarsan məni. 
Seçsən bu da bir yoldu... 
“Hər şey unudulubdur”. – 
Qıraqdan baxanlarçun 
sadə görüntüdü bu... 
Ümidsə... ümidədir. 
Həyat yaralarına 
ümidlər tək məlhəmdir. 

Məni bağışlayarsan... 
Bəlkə də, yox, nə deyim..? 
Əgər xoşbəxtliyimiz 
yenə yalana dönsə – 
heç narahat deyilim. 
Ümid lap yaxındadır. 
Çağırarıq köməyə!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.

Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR

Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.