Havalar soyudu. Qış qapının ağzındadı. Neyləməliyik? Təbii ki, özümüzü soyuqdan, xəstəliklərdən qorumalıyıq. İlin-günün bu vaxtında başqa xəstəliklərimizin üstünə bir də soyuğun gətirdiyi fəsadlar əlavə olunduqda bilmirik, hansının dərdini çəkək.
Elə xəstələr var ki, onlara adi hesab etdiyimiz qripə yoluxmaq belə qadağandır. Məsələn, mən özümü qripdən var qüvvəmlə qoruyuram. Yaxınlarımız, doğmalarımız bunu bildiyindən qripə yoluxanda bizə gəlmirlər.
Qrip olduqda “soyuq dəyib, qrip deyiləm” deyib ictimaiyyət arasında dolaşmaq mədəniyyətsizlikdir. O halda evdən çıxmaq lazım deyil. Bununla bağlı təhsil ocaqlarında, uşaq bağçalarında maariflənmə yetərincə aparılmır. Bu, bir.
İkinci problem. Xəstələndikdə səhhətimizi ən yaxşı həkimə etibar etmək istəyirik. Soraqlayırıq. Çox vaxt həmin həkimləri özəl klinikalarda tapırıq. Görək, özəl klinikalar bizi necə qarşılayır?
Kassaya məsələn, 30-40 manat ödəyib həkimin qəbuluna düşürsən. Həkim sənə təxminən bir aylıq müalicə kursu keçməyi tapşırır. Və müalicə bitdikdən sonra onun sənə necə təsir etdiyini bilmək üçün yenidən həmin həkimin yanına getməlisən. Müalicə kursu bir ay təyin edildiyi halda klinikaya ödədiyin məbləğin vaxtı 10-15 günlük olur. Yəni 10-15 gündən sonra yenidən həmin məbləği ödəyib həkimin qəbuluna düşürsən. Mütəmadi həkim nəzarətində olmalısansa, soğan kimi soyulacaqsan. Hələ bunun dava-dərman almağı da var.
Bu ölkədə hamı milyonçu deyil axı! Adamlar var, kredit götürüb xəstəxanaya üz tutur. Mənim bir qohumum 3 il bundan əvvəl bankdan kredit götürərək əməliyyat olunub. Kişi, ikinci əməliyyata hazırlaşır, hələ birinci krediti ödəyir.
Həkimlik humanizm deməkdir. Qazansınlar, zəhmət çəkirlər. Amma daha bu qədər insafsızlıq da olmaz axı. Bunu necəsə tənzimləmək lazımdı. Qazandığımızı dava-dərmana verək, yoxsa klinikaların kassasına? Bəs nə yeyək, nə içək, necə dolanaq???
Amerika Yuxu Tibbi Akademiyasının həkimi İndira Gurubhagavatula MedicalXpress-ə bildirib ki, xroniki yuxu çatışmazlığı bir sıra təhlükəli xəstəliklərin riskinin artması ilə sıx bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.