banner
banner

Sosİal

Azərbaycanda təbii qazın qiyməti artırıldı - YENİ TARİFLƏR AÇIQLANDI

Azərbaycanda təbii qazın qiyməti artırıldı - YENİ TARİFLƏR AÇIQLANDI

Azərbaycanda əhali abonentləri, elektrik istehsalında, sənaye və kənd təsərrüfatı sahələrində istifadə olunan təbii qazın tarifləri dəyişib.

Bu barədə Tarif (qiymət) Şurası xəbər verir.

“Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib”, - məlumatda deyilir.

Əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

- 48 % abonent üzrə - 32 qəpik,

- 39 % abonent üzrə - 1 manat 43 qəpik,

- 13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Qərar yanvarın 2-dən qüvvəyə minir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bu şəxslər maaşları qədər pensiya alacaq

“Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.

Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.