banner
banner

Cəmİyyət

Qaradağ sakini yaşadığı ünvanını dəyişdiyi üçün sosial yardımının qanunsuz olaraq kəsildiyini deyir - ŞİKAYƏT

Qaradağ sakini yaşadığı ünvanını dəyişdiyi üçün sosial yardımının qanunsuz olaraq kəsildiyini deyir - ŞİKAYƏT

Qaradağ rayonu, Şıxlar kənd sakini Kərimova Ofeliya Hakim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun sosial yardımını qanunsuz olaraq kəsib:

“Mən, Kərimova Ofeliya Hakim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, himayəmdə 2 azyaşlı uşağım var. Ailəmlə birgə Qaradağ rayonu, Şıxlar kəndində qohumumuza aid bir evdə yaşayırdıq. Həmin ünvandan sosial yardım üçün müraciət etmişdim.

2023-cü ilin dekabr ayında müraciət etmişəm. 2024-cü ilin yanvar ayında 448 manat 70 qəpik yardım təyin edilmişdi. Ev sahibi olan qohumumuz öz evində yaşamaq niyyəti ilə geri qayıtdı. Biz də məcbur qalıb evdən çıxdıq.

Komissiya yoxlamağa gəlib və bizi evdə tapmayıb. Bel başa düşürəm ki, burada mənim də günahım var. Çünki məumat verməmişəm. Hazırda isə sosial yardımım kəsilib və məndən indiyə kimi aldığım məbləği geri tələb edirlər. Bu, düzgün deyil axı? Mən imkansız ailəyəm”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili ilə əlaqə saxlasaq da, sualımızı cavabsız qoydu.

Jalə FAMİLQIZI



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.