banner
banner

Cəmİyyət

Şəhid ailəsinə məxsus torpaq sahəsi Adil Vəliyevin adından zəpt edilir

Şəhid ailəsinə məxsus torpaq sahəsi Adil Vəliyevin adından zəpt edilir

Azərbaycanda şəhid ailələrinin hüquqlarının qorunması üçün dəfələrlə çağırış edən ölkə rəhbərliyinə baxmayaraq, bəzi məmurlar bu müqəddəs ailələrə qarşı rəzalət dolu əməllərini davam etdirir.

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Kürdəxanı bələdiyyəsinin işçisi Pərviz adlı şəxs, sabiq icra başçısı Adil Vəliyevin adından istifadə edərək, şəhid ailəsinə məxsus torpaq sahəsini qanunsuz şəkildə zəbt edib.Bu, təkcə cinayət deyil, həm də mənəviyyatsızlıq nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında şəhid ailələrinin problemlərinin həllinin prioritet olduğunu vurğulayıb. Amma görünən odur ki, bəzi məmurlar bu tapşırıqları açıq şəkildə saya salmır.Adil Vəliyevin adından istifadə edərək torpaq zəbt etmək – bu həm də hüquq-mühafizə orqanlarına açıq çağırışdır. Sual olunur: şəhid ailəsinin torpağını əlindən almaq hansı vicdana, hansı qanuna sığır?!

İctimaiyyət bu məsələyə biganə qalmamalıdır. Məsul şəxslərin dərhal araşdırılması, torpağın sahibinə qaytarılması və bu qanunsuzluğa yol verənlərin cəzalandırılması üçün adekvat tədbirlərin görülməsinə çağırırıq. (7news.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.