“Mənə deyir ki, bilirsən, mən kimlərlə işləyirəm?!” - Şəki sakini “Fayton” MMC rəhbərindən ŞİKAYƏTÇİDİR
Şəki rayonu, Böyük Dəhnə kənd sakini Səmədov Zahir Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Fayton” MMC-nin rəhbəri Məmmədov Rahib Həbib oğlu onun əmək haqqını vermir:
“Mən, Səmədov Zahir Tahir oğlu, bildirirəm ki, 9 ay “Fayton” MMC şirkətində rəsmi şəkildə - əmək müqaviləsi ilə çalışmışam. Hazırda əmək müqaviləmə son verilib. Qanuna əsasən, aşağıda yazdığım müavinatları almalıyam:
1. İşlədiyim dövr üçün tam əmək haqqı; 2. İstifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya.
Əmək Məcəlləsinin 174.177 və 179-cu maddələrinə əsasən, bu ödənişlər gecikdirilmədən tam şəkildə olunmalıdır.
Onu da qeyd edim ki, məhkəmə qərarı olmadan işçinin əmək haqqının onun razılığı olmadan hansısa borca çıxılması da qanunsuzdur.
Mən, sizin sayt vasitəsilə haqqıma girən şirkət rəhbərinə üz tutub, ödənişlərimi gecikdirmədən ödəməyini tələb edirəm. Əks halda, məhkəməyə müraciət edəcəm.
“Fayton” MCC -nin rəhbəri Məmmədov Rahib Həbib oğlu məni təhdid edərək, “bilirsən, mən kimlərlə işləyirəm?!”, - deyir.
Məsələ ilə bağlı “Fayton” MMC-nin rəhbəri Məmmədov Rahib Həbib oğlu ilə əlaqə saxlaya bilmədik. Şirkətin mühasibi Turanə xanım isə suallarımızı cavabsız qoydu.
Jalə FAMİLQIZI
Redaksiyaan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.