banner
banner

Cəmİyyət

“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi- Milyona yaxın borcu yaranıb

“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi- Milyona yaxın borcu yaranıb

Qubanın sabiq icra başçısı, indiki biznesmen Rauf Həbibov həbs təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb onun vergiyə külli miqdarda borcunun yaranmasıdır.

Cia.az xəbər verir ki, Rauf Həbibovun qanuni təmsilçisi olduğu “Kaspian Biznes Servisez” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə külli miqdarda borcu var.

Hazırda MMC-nin vergiyə olan borcu rəsmi olaraq 336 min manatdır. Bundan əlavə səyyar vergi yoxlaması zamanı şirkət barəsində 400 min manat əlavə vergi, 200 min manat isə maliyyə sanksiyası hesablanıb. Hazırda hesablanan vergi borcu üzrə MMC tərəfindən hazırlanan şikayət məhkəməyə təqdim edilib.

Vergilər Nazirliyi isə məhkəməyə müraciət edərək MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə qərar çıxarılmasını istəyib.

Rauf Həbibov kimdir?

Rauf Xeyrulla oğlu Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

2002-ci il iyunun 5-dən Quba Olimpiya Kompleksinin və Diaqnostika Mərkəzinin tikintisinə rəhbərlik edib. 2003-cü il mayın 27-də rayonun Timiryazyev qəsəbəsində 16 sot torpaq sahəsi alıb. Qubada bizneslə məşğul olmağa başlayıb. Özünə villa tikdirib, əkin sahələri almağa başlayıb. Onun sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı olduğu bildirilirdi. Rauf Həbibovun 2007-ci il oktyabrın 1-də Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasında Ziya Məmmədovun da rolu olub.

Rauf Həbibov postunu necə itirdi?

5 il Qubanın icra başçısı olmuş Rauf Həbibovun yerli camaatı təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılmışdı. Bu, sakinləri narazı salmış və icra hakimiyyətinin qarşısına toplaşmış insanlar başçısının üzr istəməsini və istefa verməsini tələb etmişdi. Rauf Həbibov ilk dəfə narazı kütlə qarşısına çıxan zaman “üzr istəməyə hazıram” desə də üzr istəməmişdi. Bundan sonra narazı camaat icra başçısının evini yandırmışdı. Polislə qarşıdurma zamanı xeyli sayda şəxs saxlanılmışdı.

Rauf Həbibov icra başçısı vəzifəsindən azad edildikdən sonra bizneslə məşğul olmağa başladı. Onun oğlunun və digər ailə üzvlərinin adına Londonda mülklər olduğu da bildirilir.

Qeyd edək ki, Həbibovun rəhbərlik etdiyi “Kaspian Biznes Servisez” şirkəti tikinti sahəsində fəaliyyət göstərir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.