Almatı-Astana reysi ilə uçan "Air Astana" aviaşirkətinə məxsus "Airbus А321N EI-KDG" sərnişin təyyarəsi salonda baş verən tüstülənmə səbəbindən qalxdığı hava limanına geri qayıdıb.
Cia.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, sərnişinlər və ekipaj arasında xəsarət alanlar yoxdur.
"Eniş saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Almatı hava limanının yanğın və xilasetmə xidmətləri cəlb edilib. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin əməkdaşları ətraflı araşdırma aparırlar", - məlumatda qeyd olunub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.