banner
banner

Dünya

SON DƏQİQƏ: Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ - ATƏŞKƏS...

SON DƏQİQƏ: Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ -

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukrayna və Rusiyanın Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında lokal atəşkəs barədə razılığa gəldiyini bildirib.

Cia.az xəbər verir ki, müvəqqəti atəşkəs stansiyanın sabit işləməsini təmin edən ehtiyat elektrik xətlərinin təmiri üçün lazımdır.

Agentlik 27 fevralda "X" sosial şəbəkəsində dərc olunmuş açıqlamada atəşkəsin MAQATE vasitəsilə razılaşdırıldığını və stansiyanın ehtiyat enerji təchizatını 330 kV-luq xətt vasitəsilə bərpa etməyi hədəflədiyini qeyd edib.

Agentlik həmçinin mütəxəssislərin zədələnmiş əraziyə təhlükəsiz şəkildə çatması və bərpa işlərinə başlaması üçün ərazidə mina təmizləmə əməliyyatlarının davam etdiyini də açıqlayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

TƏCİLİ! Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.