Ukrayna ilə bağlı SON DƏQİQƏ MƏLUMATI – Saat 08:00-dan etibarən...
Ukraynanın bəzi regionlarında səhər saat 08:00-dan günün sonuna qədər elektrik kəsintiləri tətbiq olunacaq.
Cia.az xəbər verir ki, bu barədə "Ukrenerqo" Milli Enerji Şirkəti məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlərin tətbiq edilməsinə səbəb Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların Ukraynanın enerji sisteminə vurduğu zərərdir.
"Ukrenerqo" qeyd edib ki, enerji sistemində vəziyyət dəyişə bilər. Buna görə də vətəndaşlara yaşadıqları ünvan üzrə elektrik kəsintisinin vaxtı və müddəti barədə məlumatı öz regionlarının rəsmi enerji şirkətlərinin səhifələrindən yoxlamaq tövsiyə olunur.
Bundan əlavə, mütəxəssislər vətəndaşları elektrik enerjisi qrafikə uyğun olaraq verildiyi zaman ondan mümkün qədər qənaətlə istifadə etməyə çağırıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.