banner
banner

Dünya

İran OD İÇİNDƏ: Paytaxtdan limanlara qədər hər yer BOMBALANIR - FOTOLAR

İran OD İÇİNDƏ: Paytaxtdan limanlara qədər hər yer BOMBALANIR - FOTOLAR

Aprelin 7-nə keçən gecə və çərşənbə axşamı səhər saatlarında İranın bütün ərazisində, Tehrandan tutmuş ölkənin cənub sahillərinə qədər geniş bir zonada silsilə partlayışlar baş verib.

Cia.az xəbər verir ki, bu barədə "Iran International" nəşri şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran ətrafındakı yaşayış məntəqələrində bir neçə dəqiqəlik intervalla partlayış səsləri eşidilib. Yerli vaxtla saat 03:00 radələrində (Bakı vaxtı ilə 03:30) Kərəc, Şəhriyar və Pərdis şəhərlərində partlayışlar qeydə alınıb. Eyni zamanda, İranın cənub sahilləri boyunca strateji əhəmiyyətli hərbi obyektlərin yaxınlığında da aktivlik müşahidə olunub.

Hörmüz boğazı yaxınlığındakı Cask limanında hərbi-dəniz zonasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirildiyi, Çabaharda isə Şəhid Kalantari və Tis limanları ilə yanaşı "İmam Əli" bazasının yaxınlığında partlayışların baş verdiyi bildirilir.

Hücumlar ölkənin mərkəzi və cənub şəhərlərini də əhatə edib. Yəzd şəhərində sübh çağı bir neçə zərbə səsi eşidilib, neftlə zəngin Xuzistan vilayətinin mərkəzi Əhvazda isə sakinlər qırıcı təyyarələrin ardıcıl hücumlarını qeydə alıblar. Səhər saatlarında Şiraz şəhərində iki güclü partlayış baş verib, paytaxt Tehrandakı "Mehrabad" hava limanında isə gecə hücumlarından sonra yanğın başladığı qeyd olunur.

"Politico" nəşrinin Pentaqondakı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi hədəf alınacaq İran enerji obyektlərinin siyahısını genişləndirir. Buraya həm hərbi, həm də mülki əhalini yanacaq və elektrik enerjisi ilə təmin edən infrastruktur obyektləri daxil edilib. Bildirilir ki, bu cür hədəf seçimi gələcəkdə hərbi cinayət ittihamlarından qorunmaq üçün hüquqi zəmin yarada bilər.

Digər tərəfdən, İsrail ordusu İran əhalisinə xəbərdarlıq edərək, yerli vaxtla saat 21:00-a qədər qatarlardan və dəmir yolu xətlərindən uzaq durmağı tövsiyə edib. İsrail Müdafiə Ordusu (İDF) bu ərazilərdə olmağın insanların həyatı üçün təhlükə törətdiyini bəyan edib.

Musavat.com

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Çin tankeri ABŞ blokadasını YARDI

ABŞ-ın sanksiya siyahısında olan Çinə məxsus "Rich Starry" tankeri dəniz blokadası başladıqdan sonra Hörmüz boğazından keçib.

Müctəba Xameneinin müşaviri dəöldü

İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi həyatını itirib.

Xamenei Rusiyaya gedib?

“İranın yeni Ali Lideri Müctəba Xameneinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur”.