Bu gün Bakının Zirə qəsəbəsi, Yasamal rayonu və Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Cia.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim Şirvani, Ağamalıoğlu, Nadir Hüseynov küçələri, Yeni sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Şaiq, Əli bəy Hüseyzadə, Balababa Məcidov, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə küçələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin Nizami RETSİ ərazisindəki TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Cəmşid Naxçivanski və Bəhruz Nuriyev küçələri gərginliksiz qalacaq. Suraxanı RETSİ-nə daxil olan Əmircan qəsəbəsində isə TM-də təmir işləri icra olunarkən Elxan Həsənov, Şəfəq ve Neftçi küçələrində enerjinin verilişində fasilə olacaq.
Biləcəri ETSİ ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmmədoğulları, Xudadat bəy Məlik-Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində enerjinin verilişi dayandırılacaq.
Astroloq Dinçer Güner bildirib ki, təxminən dörd gün təsirini göstərəcək Venera-Uran kvadrat aspekti həm münasibətlərdə, həm də gündəlik həyatda gözlənilməz hadisələrə səbəb ola bilər.
Azərbaycan Qiymətləndiricilər Palatasının iyun ayı üzrə açıqladığı daşınmaz əmlak indeksinə görə, kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101 köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin əsasən ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Azərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın daha dəqiq uçotunun aparılması məqsədilə istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq. Bu innovativ addım ölkənin su təchizatı zəncirinin mənbədən son istehlakçıya qədər tam avtomatlaşdırılmasını hədəfləyən genişmiqyaslı layihələrin əsas tərkib hissəsidir.