Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşündə deyib.
"Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə", - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı xatırladıb ki, iki həftə bundan əvvəl biz Silahlı Qüvvələr Günü qeyd etmişik: "Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq".
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.