Bakıda əməliyyat olunan oğlanın mədəsindən GÖRÜN NƏ ÇIXDI?! - FOTO
Bakıda 2010-cu il təvəllüdlü yeniyetmənin mədəsindən onikibarmaq bağırsağına qədər uzanan 30 santimetr uzunluğunda saç kütləsi çıxarılıb.
Cia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, oktyabrın 22-də yeniyetmə ürəkbulanma, təkrarlanan qusma və qarın nahiyəsində kəskin ağrı şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Aparılan müayinələr nəticəsində ona trixobezoar diaqnozu qoyulub. Bu, udulmuş saç və ya tüklərin həzm sistemində toplanaraq bərk kütləyə çevrilməsi ilə xarakterizə olunur.
Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uzman uşaq cərrahı Aynur Qurbanova və anestezioloq Elnarə Salamovanın iştirakı ilə pasiyent üzərində təxirəsalınmaz əməliyyat aparılıb. Cərrahi müdaxilə zamanı trixobezoar xaric edilib və qastrotomiya əməliyyatı icra olunub.
Əməliyyat nəticəsində yeniyetmənin mədəsindən onikibarmaq bağırsağına qədər uzanan 30 santimetr uzunluğunda saç kütləsi çıxarılıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, mədədən bağırsağa qədər uzanan bu ölçüdə trixobezoarın xaric edilməsi nadir rast gəlinən mürəkkəb cərrahi müdaxilələrdəndir.
Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçilərinin aylıq vəzifə maaşlarına ixtisas dərəcələrindən və peşəkarlıq səviyyələrindən asılı olaraq 10, 15 və ya 25 faiz əlavə haqq ödənilə bilər.
Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.
Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?
TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.