banner
banner

Bil, dünya dağılsa da, səni heç kimə verməm

Bil, dünya dağılsa da, səni heç kimə verməm
Yazar: Leyla Əliyeva

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ürəyim” adlı şeiri oxucuların ixtiyarına veririk.

 

Ürəyim, ay ürəyim, 
axı sənlə neyləyim? 
Dəsmalmı verim sənə – 
göz yaşımı siləsən? 
Ürəyim, bil ki, səni 
bütün ruhum, qəlbimlə, 
anlamaq istəyirəm. 
Nə vaxtdır bir yerdəyik 
bir can-qəlbik əzəldən; 
Mənsə hələ də səni 
Tanımıram... bilmirəm... 

Təkcə sənə çatmaqçun 
səni əldə etməkçün, 
insanlar yalın əllə 
köksümü parça-parça 
dağıdıb uçurarlar... 
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir 
ürəklərin səninlə 
böləndə, bölüşəndə 
qəm də xoşbəxt görünür... 

Uşaqlıqdan bilirəm, 
sən başqa bir aləmsən. 
Buz kimi gecələrdə 
yuxuya həsrətlisən. 
Nahaq unuduram ki, 
bu böyük planetdə 
diləklər qanad çalır... 
Arzulu yaşamağın 
Dərin mənası varmı? – 
dallam düşüncələrə... 

Ürəyim, söylə mənə, 
səni necə anlayım? 
İzah et, – lap xırdaca 
işarən də bəs eylər... 
Açmasan əgər ki, sən 
Tanrının bəxş etdiyi 
sirrləri, gizlinləri, 
gərək bir ömür boyu 
gözləyim... ümidsizcə... 

Ürəyim, yalvarıram 
nə ağla, nə sızılda..! 
Göz yaşların sinəmi 
ilim-ilim dağlayır. 
Acığım tutsa belə, 
yenə səni sevirəm. 
bəlkə də, gün gələcək 
sənlə dostlaşacağam... 

Sən ey, əziz ürəyim, 
düşmən deyiləm sənə; 
səni bütün ruhumla 
anlamaq istəyirəm... 
Yalan xoşbəxtçiliyi 
heç cür qəbul etmirəm 
Amma sən bil, həmişə 
mən səninlə olacam. 

Gecdir, yatmaq vaxtıdır, 
gecən xeyirə qalsın! 
Mən səni səhərəcən 
tərk edirəm... bağışla... 
Yox, gəl məni aldatma. 
İftiraya, yalana 
dözmür dan şəfəqləri... 
Bil, dünya dağılsa da 
səni heç kimə verməm, 
atmaram, itirmərəm...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: