banner
banner

Leyla Əliyeva - QƏZƏB

Leyla Əliyeva - QƏZƏB
Yazar: Leyla Əliyeva

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Cia.az "Qəzəb" adlı şeiri oxuculara təqdim edir. 

Qəzəb – alovlu bir daş –
kim əlində tutarsa
yandırar öz əlini...
Qəzəb – sanki zəhərdi –
dodağında quruyan
bircə damcısı belə
özün də hiss etmədən
zəhərlər dərrakəni...
Qəzəb – sanki gecədi –
Ayı yox, ulduzu yox...
Qəzəb – gündüzdür sanki –
Günəşi yox, göyü yox...
Qəzəb – sanki İblisin
əlində bir xəncərdi – 
İnsanları məhv edər,
Sonra qəhqəhə çəkər...

Kimdir axı bu Qəzəb,
Nədi axı bu qəzəb?
Hardandır bu güc onda?
Dünya boyda kin-hiddət
necə sığışır ona?
Sevgini ürəklərdən
silməyi o öyrədir.
Sevgi uzaqlaşdıqca
Yerinə nifrət girir.
Nifrət sanki boğaza
tarım çəkilmiş bir ip... –
Boğur bizi, boğduqca
ağlımız dumanlanır.
Nifrətin qanunu yox –
hamıya hökm oxuyur;
Haqsız olan haqqıyla
ağzımızı qapayır...

Dostum, rica edirəm,
gəl, mənə qəzəblənmə..!
İçində Xeyirə də,
hələ Şərə də yer var..!
Qaçma məndən, ey dostum,
qayıt, tezcənə qayıt..!
Xeyir ilə Şər üçün
sənin dünyan dardı, dar...

Elə isə... onda aç 
köksünün qapısını;
İşıqlı nəyin varsa
gəl, burax azadlığa.
Zülməti də azad et –
Qoy öz ağırlığıyla
girsin yerin bağrına.
Sevinci də azad et,
Azad et ağrını da...
İçində sakitliyi,
bir də dincliyi saxla..!
Bil ki, əngin dünyanın
rəngləri çalar-çalar...
Qapat sən gözlərini 
ümidsiz əllərinlə.
Hiss et parlaq rəngləri –
Baş vur dərinliyinə.

Ver, ver özgələrinə 
qəm-qüssəni, xiffəti;
Ver, ver  özgələrinə
gülüşünü, sevinci... –
Qoy bayram eləsinlər,
həm də qoy çarpışsınlar;
Şöhrətə çatmaq üçün
boşuna vuruşanlar
ağılsızdır əslində... –
Şöhrət halal bir şeydir
özü səni tapacaq
hətta gizlənsən belə...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: