banner
banner

"Əskik yanım"

"Əskik yanım"
Yazar: Türkan Turan

Həyatın düsturu fərqlidir. Eyni riyaziyyat kimi. Vurursan, bölürsən, çıxırsan yenə də eyni yerə gəlib çıxırsan ya da müxtəlif cavablar alırsan. Eyni ana bətnindəki kimi…

Ta döl olduğumuzdan, bu günə kimi-vururuq, bölürük, bir yerə çıxa bilmirik. Səbəb əskiklikdir. Dünyaya belə sığa bilmədiyimiz halda, maraqlıdır, o kiçicik bətnə necə sığmışıq?! Heyrətlənməmək mümkün deyil. Əskikliyimiz ordan başladı. Dünyanın ən hüzurlu yerində sakit dayana bilmədik. Dünyaya çıxmağa can atdıq. Düşündük ki, çətini ordan çıxıncadır, sonra hər şey fərqli olacaq. Çıxdıq! Bir az məcburiyyət, bir az peşmanlıq. Elə bir çox ilkləri də, gözümüzün önündəkilərdən gördük. Xəyanəti, yalanı, tərk edilişi.
Onlar kimi olmaq istədik. Siqaret çəkməyə meyl etdik, onların geyimini geyinməyə iddialandıq. Düşündük ki, bu şəkildə daha tez böyüyə və ya böyük kimi qəbul edilə bilərik..
Baxçaya getdik. Qaydalar, qadağalar dar gəldi. Ana bətnindən də dar. Sonra məktəb! Düşündük ki, bəlkə universitetə daxil olanda hər şey düzələcək. Əskik yanımız tamamlanacaq. Universitetdə yeni üzlər, həyatın yeni sürpriz insanları ilə qarşılaşdıq.
Sonra düşündük ki, gülmə təqlidi edək. Başladıq gülməyə, təbəssüm etməyə. Ancaq bilmədik ki, başqalarına təbəssüm edərkən, əslində yalan gülüşün altında əzilmişik. Əslində öz həyatımıza ağlamışıq.
Universiteti bitirib, işləməyə başladıq. Düşündük ki, pul qazanandan sonra əskik yanımız tamamlanacaq. Pul qazanmağa başladıq. Çox vaxt işlə məşğul olmaq əvəzinə, işdəkilərlə məşğul olduq. Dedi-qodular, quyu qazmalar bizi yordu. Amma bu vəziyyətə çox da adaptasiya olmamağa çalışdıq.
Bu cür mənzərələr görənə qədər düşünürdük ki, dost qazanmışıq, amma bu düşüncədə olarkən unutmuşuq ki, yediyi qaba tüpürənlər bizim üçün yenilik olsa da, onlar hər zaman var. Məqsədimiz pul qazanıb əskik yanımızı tamamlamaq oldu. Əslində “pul qazanım” deyərkən, özümüzü itirirmişik.
Sonra qazandığımız pulu xərcləməklə məşğul olduq. Ani xoşbəxtliklərlə günlər keçdi.
İçimizdəki o səs isə susmaq bilmədi. Dayanmadan, “əskik yanın var” deyə, qışqırırdı. Bir gün başa düşdük ki, əslində sahib olmadığımız, adını bilmədiyimiz o “nəsə” SEVGİdir.
Sonra təsadüf nəticəsində O gəlir. Aşiq oluruq. Xoşbəxtlik buludlarında uçuruq. Düşünürük ki, ta ana bətnindən bu günə kimi məhz bu adamı gözləmişik. Bundan sonra sevməklə məşğul oluruq.
“..bu günə qədər harda idin” suallarına qədər gedib çıxırıq. Bu qənaətə gəlirik ki, elə axtardığımız və əskik qalan yanımız sevgidir. İndi daha güclü, daha sakit, daha xoşbəxtik.
Allahı gözlərində, baxışlarında tapırıq. Bəlkə də “Allah elə odur” qənaətinə gəlirik. Artıq ona itaət edirik. Çünki insan bu qədər xoşbəxt olursa, bu yalnız Allahdan ola bilər.
Daha əvvəl heç kimdən görmədiyimiz marağı, ondan görürük. Gerçək sevginin bu olduğunu sanırıq. Sevirik. Çox sevirik.
Sonra bal aylar bitir. Sonra gerçək göz yaşı ilə tanış oluruq. Sonra ilk dəfə itirmək qorxusunu dadırıq. Sonra ilk dəfə qısqanclıqdan dəliyə dönürük. Bu dəhşətli hiss bizdə elə yara açır ki, sağalsa da ömür boyu izi qalır. Sonra ilk dəfə ciddi dava –dalaşla qarşılaşırıq. Digər mübahisələrdə üzümüzü çevirib getdiyimiz halda, bu mübahisəni içimizə alıb, gedirik. Sonra içimizdə dəhşətli fırtına qopur. Dözümsüzlük edib, qayıdırıq. Sonra ilk dəfə qürurumuzun qırlılmasını seyr edirik. Sonra yuxusuz gecələrin necə olduğunu izləyirik. Sezen Aksu ilə elə bu ərəfələrdə tanış oluruq.
Sadəcə, bir əskik yanımızı tapmağımız üçün bu cür dəhşətli mərhələlərdən keçirik. Və günlərin birində Allahımızı itiririk. Gözlərini. Baxışlarını. Sonra nifrət hissini öyrənirik. Sonra bir nəfərdən doğan hissi, min nəfər arasında bölürük.
Elə təkliklə də, ilk dəfə bu vaxtlarda tanış oluruq. Yalnızlıq acısı çəkirik. Əskik yanımızı tamamlamaq istəyəndə, boşluğa doğru addım atırıq. Eyni, göz düzəldərkən, qaşı vurub dağıtmaq kimi.
Düşünürük ki, həyatda bizdən bədbəxt insan yoxdur. Əslində xoşbəxtliyin içimizdə, özümüzdə olduğunu görə bilmirik. Məsələnin bütün sirri təkbaşına xoşbəxt olmağı bacarmaqdır. Öncə özümüz xoşbəxt olmalıyıq ki, kimisə də xəşbəxt edə bilək.
Ama düstur budur: tək başına xoşbəxt olmağı bacaran insanı heç kim bədbəxt edə biləz. əskikliyi tamamlamaq üçün gözləntiləri hər zaman kənarda axtardıq. Reallıq isə budur ki, əskik deyilik! Əskiklik, əskikliyi özümüzdə yaratmağımızdır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: