Hər gün Nuri Bilgə Ceylana baxaqmı, baxmayaqmı?
Son günlərin ən yaddaqalan hadisələrindən biri kinoteatrlarımızda Nuri Bilgə Ceylanın “Qış yuxusu” filminin peyda olmasıydı. Sadə araşdırma kifayətdi ki, son illərin təcrübəsində belə halın ilk dəfə baş verdiyinin şahidi olasan. Ayr-ayrı zamanlarda xüsusi təqdimetmələr olsa da, kinomanların sevimlisi olan Ceylanın Bakıda davamlı nümayişi fərqli hadisəydi. Bu başdan deyim ki, mən bu yüklü filmlərin kinoterlarımızda davamlı nümayişinin əleyhinəyəm. Səbəblərdən yalnız birini deyəcəm.
Filmə baxanların əksərinin dilində “uzunuydu” kəlməsi varıydı. Özünün kinomanlığını nümayiş elətdirmək istəyənlərin və bunu deməyə çəkinənlərin əksərinin gözlərində də eyni ifadəydi: “uzunuydu”. Beləcə, son illərin ən nüfuzlu kino mükafatlarına sahib filmin Bakıdakı nümayişindən çıxan nəticə dəhşətlidi; bir də belə hal olsa, kinoteatrda eyni xarakterli filmə baxmaq istəyənlərin sayı yarıbarı azalacaq. Bilirsiz, niyə? Heç kim kinoteatrda 3 saatdan artıq “darıxmaq” istəməyəcək. Bu şübhəsizdi. Məncə tək bu səbəb kifayətdi ki, “Qış yuxu”sunun birgünlük nümayişlə və dəvətnaməylə təşkili ideyası gündəmdə olsun. Və bir seansla! Yoxsa, bir dostumun dediyi kimi, “illərlə ömrünü kadrı uzatmağa həsr eləmiş adamın” filminə baxıb “uzundu” deyənlər əsl kinodan tamaşaçını uzaqlaşdıracaqlar.
“Qış yuxusu”nun davamlı nümayişi mənə başqa ideya da verdi. Mən qonşuların afişa mədəniyyətiylə tanış olmaq qərarına gəldim. Məlum oldu ki, hamı hollivud dalğasının təsirindədi. Kinotateatrlar 2014-cü ilin ən son filmlərinə xüsusi diqqət yetirilər. İndi hmi “labirintdə qaçmağ”a, “Lyusi”ynən tanışlığa, “bədheybətlər ailəsi”ndən gizlənməyə tələsir. Filmlərin nümayiş vaxtı 100-120 dəqiqə aralığındadı və “darıxmaq” mümkünsüzdü. Digər ölkələrin təcrübəsində daha bir fərqli üsula rast gəldim. Məsələn, Orta Asiya kinotatrları daha çox rus kinosunun prokatda olan yeni filmlərinə, türk və iran kino nümayişçilərisə, yerli filmlərə üstünlük veirilər. Bu təcrübədən “Nizami” kinoteatrında istifadə olunur və hazırda qısametrajlı “Nabat” filmi nümayişdədi!? Mən heç bir statsitik araşdırma aparmadan əminəm ki, yerli filmin nümayişinə təqdimetmədən sonra heç kim getməyib. Söhbət filmin keyfiyyətindən deyil, sadəcə, bü stil filmlər kinotetlar üçün maraqlı deyil. Xırda ekskursdan aydın oldu ki, qonşularımız kinotetrlarda film sıralamasına yalnız yerli filmlərin nümayişi zamanı gedir. Heç kim, nə komersiya, nə də zövq xatirinə tamaşaçı sayında riskə getməkdə maraqlı deyil. Heç kimin ağlına gəlmir ki, 3 saat 20 dəqiqəlik filmi – dünyaca məşhur olsa da, öz afişasına yazsın və “hamıya qışqırsın ki, mən filmi nümayiş elədim”. Bilirəm əsl kinomanlar da, boğazdan yuxarı “ziyalı tamaşaçılar” da mənim fikirlərimi etirazla qarşılayacaq. Ancaq, həqiqət həqiqətliyində qalır. Yalnız “filan filmi bizim kinotetrda göstərdilər xatirinə” nümayiş olmaz. Bu ilk cəhddə maliyyə qazancı kimi uğurlu ideya kimi görünsə də, “Qış yuxusu” çəkidə filmlərin uğuruna kölgə salacaq dərəcədə cılız nəticəyə gətirib çıxarmamalıdı. Təkrar olsa da deyim, belə filmlərin nümayişi yalnız xüsusi dəvətlə və seçilmiş kinomanlara nümayiş olunmalıdı. Məncə hər kinoteatrın belə səlahiyyətinin olub-olmaması məsləsi də gündəmə gəlməlidi. Yerli kinosuyla dünya liderləri sırasında olan İran kinoteatrları bunu artıq qaydaya çevriblər. Orda kinomanlar üçün ayrıca kinoteatr var və orda heç vaxt blokbaster göstərmirlər. Bəlkə, biz də sınayaq, Ceylan heyfdi!


