banner
banner

İşid gəldi, Kobani getdi ...

İşid gəldi, Kobani getdi ...
Yazar: Xaləddin İbrahimli

Qərb mediası neçə vaxtdır Türkiyənin sınırında və sinirində oynayır: “İşid Kobaninin yaxılığındadır”; “Aviasiya zərbəsi ilə İşid Kobanidən geri çəkildi”; “İşid irəli getdi və Kobaninin yarısını tutdu, amma Türkiyə hərəkətsizdir” və s.

Türkiyə niyə hərəkətə keçməlidir?

Niyə Ərəb dövlətləri hərəkətə keşmir?

Hərdən-bir aviasiya zərbəsi ilə İşidə zərbə vurmaq görüntüsü yaradan Qərb Türkiyəni nəyə təhrik edir?

NATO qardaşları niyə kollektiv əməliyyat aparmır?

Türkiyədaxili etnik təzyiqləri körükləməklə Qərb nəyə nail olmaq istəyir?

Bütün suallar cavabları bir məcraya yönəldir: qərb Türkiyəni İşidlə üzbə-üz toqquşmaya sürükləyir, bütün müsəlman ölkələrinin fanatiklərini İşid ətrafında bir cəbhəyə toplayıb Türkiyə ilə savaşa sövq etmək, Türkiyənin ərəb coğrafiyasında artan nüfuzuna sipər çəkmək, onu buradan vurub çıxarnaq və İraqın, Suriyanın yenidən siyasi şəkillənməsinə Türkiyənin əngəl olmasının önünü kəsmək, Orta Doğuda hər hansı müsəlman ölkəsini söz sahibi olmaq imkanından məhrum etmək, yaxud ABŞ və İsrailin söz sahibliyi status-kvosunu saxlamaq və daha da möhkəmləndirmək istəyir. Eyni zamanda, “ərəb baharından” üzü bəri yetişdirdiyi “islam terrorçularını qərb ölkələrindən çıxarmaq, onları İşid adlı bir şəmsiyyənin altına toplayıb məhv etmək” planını məharətlə icra edir.

Başqa xırdalıqlara varmadan bir haqlı suala da cavab verək.

Belə isə niyə müsəlman dövlətləri mahiyyətini dərk etdikləri bu havaya oynayırlar?

-Bu sualın cavabı uzun izahat tələb edir. Qısası isə, müsəlman toplumlarında ictimai şüur, milli şüurdakı keyfiyyət məsələsinə bağlıdır. Ağıllı hər zaman idarə etmək istəyəcək, ağlı az isə idarə olunduğunu biləcək və manipulyasiya orbitindən can qurtarmağa çalışacaq.

İndi savaş bu yöndə gedir.

Başqa bir alanda da Pakistanlı bir çocuğa Nobel ödülü verib müsəlman kütləsinin kafasını qarışdırırlar.

Bir elm adamı tapılmadımı?

Bir də ki, niyə hər şeyə (kinoya, musiqiyə, idmana, elmə, haqlı və haqsıza və s.) qərb qiymət verməlidir, niyə hər məsələnin arbitri odur?

Müsəlman əhli bəlkə bir dəfə də bu suala cavab axtarsın...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: