XƏBƏRLƏR
“Lukoil” ən böyük xarici aktivini itirir - İraq Rusiya şirkətini qovur
İraq Neft Nazirliyi sanksiyalar tətbiq edilən Rusiyanın neft nəhəngi “Lukoil”-in “Qərbi Qurna-2” yatağındakı payını Amerika şirkətlərinə satır.
Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi
“Ekvita Consulting” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
“Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə mərkəzində rəsmi qeydiyyatdadır”.
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edildi
Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deportasiya edilib.
Əli Kərimli bu maddə ilə ittiham olunur
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində cəlb edilib.
Vilayət Eyvazov həbsdəki vəkilin ailəsini qəbul edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabiul Qəhrəmanovun ailə üzvlərini qəbul edib.
Prezident həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Nikuşor Dana təbrik məktubu ünvanlayıb
Baş nazirdən əmək pensiyaları ilə bağlı - Qərar
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Ev dustaqlığına buraxılan müğənni ilk solo konsertini verəcək
Bir neçə gün öncə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verəcək.
Partlayışlar olacaq, təşvişə düşməyin! - MN
Pirəkəşkül və Ağdərədə 1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yaranan problemlər bu dəqiqələrdə də davam edir.
22 min manata idi, 25 minə satılır - Bazarda vəziyyət kökündən dəyişir
Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir.
Noyabrın 30-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyətaçıqlanıb.
Əli Kərimlinin "sağ əli" saxlanıldı - FOTO
AXCP sədri Əli Kərimlinin köməkçisi kimi tanınan və “Matros Faiq” ləqəbi ilə məşhur olan Faiq Əmirli də “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.
Direktor əmr imzaladı - Məşhur aktrisa işdən çıxarıldı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın işdən çıxmaqla bağlı ərizəsi qəbul olunub.
Xəzərdəki boru kəməri pilotsuz katerlərin hücumuna məruz qalıb
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.


