XƏBƏRLƏR
Həyət evlərində yaşayanların nəzərinə: Sentyabrın 1-dən QƏRAR QÜVVƏYƏ MİNİR
Azərbaycanda sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən, bu ayın sonuna qədər sözügedən problemlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Bu ölkə İran səfirini qovdu, səfirlik bağlandı
İranın ən azı iki antisemit hücumunda rolunun təsdiqlənməsindən sonra ölkə səfiri ölkədən qovulub, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və İnqilab Keşikçiləri Korpusunuun (SEPAH) terrorçu qruplaşmalar siyahısına salınması planlaşdırılır.
Hansı universitetlərdə əlavə təqaüdlər verilir? - SİYAHI
Ötən həftə ali təhsil müəssisələrinin qəbulun nəticələri açıqlanıb, müsabiqədə 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.
Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Bakıda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.
Südün təhlükəsi ÜZƏ ÇIXDI - Ölüm XƏBƏRDARLIĞI
Norveçli alimlərin 1974–1988-ci illərdə apardığı genişmiqyaslı araşdırmada 73 min insanın məlumatları təhlil olunub. Nəticədə yağlılığı təxminən 3,5 faiz olan südü qəbul edənlərdə ürək-damar xəstəliklərinin, həmçinin müxtəlif səbəblərdən ölüm riskinin artdığı müəyyən edilib. Bu nəticə isə südün gündəlik qida rasionunda yerinə dair müzakirələrə səbəb olub. Maraqlıdır, südün “ölüm riski” ilə əlaqələndirilməsi insanları bu məhsulu qəbul etməkdən çəkindirə bilərmi?
Azərbaycanda DƏHŞƏT: gəlin qayınananı xəstəxanalıq etdi
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Referans xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Sabah leysan olacaq: Temperatur düşür
Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
Ali Məhkəmə əsassız tikinti məsələsinə izah verdi
Ali Məhkəmənin Mülki kollegiyası konkret işlə bağlı qəbul etdiyi qərarında əsassız tikinti, çıxıntılı bina və özbaşına tikilinin fərqləri kimi məsələlərə izahlar verib.
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.
Emin Əmrullayev məktəblərlə bağlı yeni əmr İMZALADI
Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib.
lham Əliyevin Berdiməhəmmədovla təkbətək görüşü başladı
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü başlayıb.
Bakıda güclü külək əsir - FAKTİKİ HAVA
Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.


