banner
banner

XƏBƏRLƏR

Tokayev: "Gözləyirik"

Cia.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ilin axırlarında Astanaya səfərinin gözlənildiyini bildirib.

151 nəfər Xocalı və Ağdərəyə qayıtdı

Sentyabrın 8-də Xocalının Xanyurdu, Ağdərənin Vəngli kəndinə növbəti köç prosesi baş tutub.Xankəndi şəhərində, Ağdərə və Xocalı raronlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu mərhələdə Xanyurdu kəndinə 46 nədərdən ibarət 15 ailə, Vəngli kəndinə isə 29 ailə- yəni 105 nəfər köçürülüb. Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, 32 ildən sonra doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edib.

Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb. Ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.

Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar

Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb. C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu obyektlərdə yanğın təhlükəsi var! - DİQQƏT

Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi ilə bağlı qaydalara, təlimatlara və normativ standartlara ciddi şəkildə riayət etməlidirlər. Təbii ki, bu məsələ qanunvericilikdə də öz əksini tapıb və “Yanğın təhlükəsizliyi haqqında” qanunda açıq şəkildə qeyd olunub. Yəni bütün təyinatlı obyektlər – bazar, ticarət mərkəzi, zavod, fabrik və digər ictimai və istehsal müəssisələri bu qaydalara tabedir”.

Gediş haqqı məsafəyə görə ödəniləcək?

"Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.