XƏBƏRLƏR
Beyləqanda kafedə atışma: iki nəfər...
Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb.
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin GÖRÜŞÜ OLDU
Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Nizami rayonunda “Sizin Məkan” kafesində artırma işlərinə hansı məmur icazə verib?
Nizami rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sosial platformada yayımlanıb.
Polis quldurluq və soyğunçuluq edən şəxsi saxladı
Abşeron rayonunda quldurluq cinayəti qeydə alınıb. Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında zərərçəkəni kəsici alətlə hədələyərək onun içərisində mobil telefon və 270 manat olan çantasını ələ keçirib.
Putin Azərbaycanla münasibətlərindən danışdı
Cia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Azərbaycanla münasibətlərindən danışıb.
Hadrutda evlər təmir olunacaq - 2,1 milyon manat ayrıldı
Xocavənd rayonunun Hadrut qəsəbəsində evlər təmir olunacaq.
Qubadlı İcra Hakimiyyəti 254 min manatı nəyə xərcləyəcək?
Qubadlı rayon İcra Hakimiyyəti yeni tenderinin nəticəsini açıqlayıb.
Azərbaycan MDB-dən çıxır? - AÇIQLAMA
Müstəqil Dövlətlər Birliyi (MDB) uzun illər postsovet məkanında regional əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, zaman keçdikcə bu qurumun həm siyasi, həm də iqtisadi baxımdan effektivliyi ciddi suallar doğurub. Azərbaycan da təşkilatın üzvü kimi formal şəkildə iştirak etsə də, MDB-dən çıxmaq məsələsi mütəmadi olaraq gündəmə gəlib. Lakin bu dəfə mövzu fərqli reallıqlar fonunda müzakirə olunur, həm Rusiyanın ölkəmizə qarşı artan təzyiqləri, həm də MDB-nin Azərbaycan üçün faydasız bir quruma çevrilməsi məsələnin aktuallığını daha da artırır.
Sakinlərdən yığılan bu ödəniş qanunsuzdur - Hüquqşünas
Bəzi çoxmənzilli binalarda sakinlərdən əlavə zibil pulu tələb olunur. Bəs, sakinlərdən tələb olunan bu ödənişlər qanunidirmi?
Prezidentlər və xanımları ziyafətdə...
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”
"Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.
Sürücülər çətin durumda: Deputatlar oxumadığı layihəyə səs verdi
“İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi sərnişin və yük daşıma ilə məşğul olan sürücüləri çətin duruma salıb”.
Binəqədi-Novxanı şosesində minik avtomobili YANDI
Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb. Cia.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yanaraq tamamilə yararsız hala düşüb.
Qızılın qiyməti tarixi maksimumu yenilədi
Comex birjasında qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 3600 dolları ötüb.
İlham Əliyev və xanımı Çində paradı izlədi
Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.


