banner
banner

İdman

Riçard Almeyda 100-cü oyununa çıxdı

Riçard Almeyda 100-cü oyununa çıxdı

Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” ilə matçında sonradan meydana çıxan “Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

2012-ci ilin yayında transfer olunan yarımmüdafiəçi 2012/13 mövsümündə 30, növbəti çempionatda 28 qarşılaşmaya çıxıb. Ötən mövsümdə də 30 matçın iştirakçısı olan yubilyar cari birincilikdəki 12-ci oyunda 100-ə çatıb. Almeyda Azərbaycan çempionatlarının 23 illik tarixində 100 və daha artıq oyun keçirən 8-ci braziliyalıdır.

“Sambaçılar” arasında mütləq rekord əvvəllər “Xəzər Lənkəran” və “Neftçi”də çıxış edib, hazırda “İnter”də oynayan Denis Silvaya məxsusdur. Müdafiəçinin hesabında 160 matç var. Fabio Luis Ramim 149, Junivan Suares 139, Flavinyo 133, Leandro Qomeş 119, Dodo 112, Ernani Pereyra 101 matçda meydana çıxıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com