Azərbaycan Premyer Liqasının XIIV turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir.
Cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var. Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir. Gənc yarımmüdafiəçidən fərqli, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdır. Fərdi çalışan hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların “Xəzər Lənkəran”a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur “Rəvan”la oyunda “sarı-göylər”ə kömək edə bilməyib.
Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub.