banner
banner

İdman

AFFA-dan "Kəpəz"ə ağır cəza

AFFA-dan "Kəpəz"ə ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK   Azərbaycan Premyer Liqasının 18-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 nömrəli futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib. 

Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 nömrəli futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azərkeşləri tərəfindən “Neftçi” klubunun azərkeşlərinə daş atılıb. Bu səbəbdən də “Kəpəz” klubu  ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVIII turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.