banner
banner

Gündəm

Ombudsman bəyanat yaydı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) bəyanat yayıb. Cia.az xəbər verir ki, bəyanatda deyilir:

Prezident bir daha Ermənistana xəbərdarlıq etdi

“Şəhidlərimizin anım günündə bir daha demək istəyirəm əgər biz görsək erməni faşizmi baş qaldırıb yeni təhlükə mənbəyi yaranırsa, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”. Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Xalq orduya əlavə güc verirdi”

“Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi”. Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“27 sentyabrla başlayan qələbə yolumuz regionun mənzərəsini dəyişdi” - Şahin İsmayılov

"27 sentyabr 2020-ci il müasir Azərbaycan tarixinin yeni və şanlı səhifəsidir. Məhz bu gün müasir Azərbaycan tarixində 30 ilə yaxın davam edən işğala son qoyan, eyni zamanda 200 ilə yaxın dövrdə azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün Anım Günü olmaqla yanaşı soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır". Cia.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib:

Gennadi Anaşkin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin olunub

General-leytenant Gennadi Anaşkin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin olunub. Cia.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Daha bir ölkə məhdudiyyətləri ləğv etdi

Norveçdəki koronavirus məhdudiyyətlərinin çoxu bu gün yerli vaxtla saat 16:00-da qaldırılacaq. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Erna Sulberq Osloda keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bundan sonra ölkə vətəndaşları pandemiyadan öncəki yaşam tərzinə dönə biləcək.

BMT tribunasından uzun illərdir sərgilənən sistemli və prinsipial mövqe - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videomüraciət formatında çıxışında növbəti dəfə prinsipial mövqe nümayiş etdirdi, önəmli və aktual məsələlərə toxundu, çağırışlar etdi.

Dövlət başçısının bütün təşəbbüsləri COVİD-19-la mübarizənin daha effektli olmasına xidmət edir”.

“Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkəmizin bu qlobal problemin qarşının alınması istiqamətində səyləri və təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı da COVİD-19 pandemiyası ilə mübarizə ilə bağlı mühüm məqamlara toxunub”.