banner
banner

Gündəm

Mais Bərxudarov Şuşada bayrağımızı qaldırdı

General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb. Cia.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tvitter səhifəsində bildirib.

Qazaxıstan səfirliyi şəhidləri andı

Qazaxıstanın Azərbaycandakı səfirliyi 27 sentyabr – Azərbaycanda şəhidlərin Anım Günü ilə əlaqədar feysbuk səhifəsində paylaşım edib. Cia.az xəbər verir ki, paylaşımda deyilir:

Prezidentlə birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Prezidentlə xanımının iştirakı ilə yürüş keçirildi - Fotolar

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.

Ceyhun Bayramov: “Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır”

“Bizim üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir”. Cia.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəal iş gedir.

Parlamentin komitə sədri: “Anım Günü milli qürur günü kimi qeyd edilir”

“Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü təsis edilib. Ali Baş Komandanın Anım Günü ilə bağlı bu gün xalqa müraciətində qeyd etdiyi kimi, bir il əvvəl biz milli qürur savaşına, müqəddəs savaşa çıxmışdıq ”.

Vətən müharibəsini işıqlandıran türkiyəli jurnalist: “Ermənistan Qarabağdakı jurnalistləri də qətlə yetirmək niyyətində idi”

2020-ci il sentyabrın 27-si səhər saatlarından başlayaraq bütün dünya Cənubi Qafqazdan, Azərbaycanın əks-həmlə əməliyyatından danışırdı. Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan Vətən müharibəsinin gedişatını çox saylı jurnalist ordusu işıqlandırdı. Onların arasında qardaş Türkiyədən olan media mənsublarının əməyini xüsusi vurğulamalıyıq. Qarabağ savaşının informasiya səngərində Azərbaycanın haqq səsinə səs verən türkiyəli jurnalistlərdən bəziləri Vətən müharibəsinin ildönümündə APA-nın yerli bürosu ilə öz təəssüratlarını bölüşüblər.

Zakir Həsənov II Fəxri xiyabanda

Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabana gəlib. Cia.az xəbər verir ki, nazir Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edir.