Gündəm
Nazir: “Ermənistan tərəfdən konstruktiv addımlar görmürük, kommunikasiyaların bərpası ləngiyir”
“Bildiyiniz kimi, əks-həmlə əməliyyatının başlanmasından bir il ötür. Bu əməliyyat nəticəsində Azərbaycanın 30 ilə yaxın müddətdə işğalda olan torpaqları azad olunub”.
Qənirə Paşayeva şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı çağırış etdi: “Zəfər gününədək...”
Milli Məclisin iclasında çıxış edən komitə sədri Qənirə Paşayeva şəhid adlarının əbədiləşdirilməsilə bağlı danışdı.
Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
“3 gün bundan əvvəl ölkəmizdə Anım günü qeyd edildi. Bakı şəhərində keçirilmiş yürüşdə Ali Baş Komandan İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva iştirak etdilər”.Cia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Putinlə Ərdoğanın maraqlı peyvənd dialoqu - Video
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana üçüncü doza zamanı “Sputnik V” vaksinini məsləhət görüb. Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, Putin “Sputnik V” vaksinindən sonra onda koronavirus infeksiyasına qarşı antitel səviyyəsinin yüksəldiyini və 15-16 olduğunu bildirib.
Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək. Cia.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.
“Kontakt” indi hamıya yaxın - Ölkə üzrə çatdırılma
Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt” bu dəfə də hər kəsi sevindirəcək yeniliklə gəlir. İndi sevindirən şəbəkə xidmət dairəsini daha da genişləndirərək ölkə üzrə hər tərəfə (Naxçıvan MR istisna) çatdırılma həyata keçirir.
Putinlə Ərdoğanın Soçi görüşü başladı - Yenilənir
Soçidə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.
Lavrovla Şoyqu deputat mandatlarından imtina etdi
Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə qazandıqları deputat mandatını qəbul etməyiblər. Cia.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərar layihəsində yer alıb.
Bəzi məkanlar 00:00-dək fəaliyyətini bərpa edir.
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyətini bərpa edir.
Cəbrayıl Dövlətzadənin anım günüdür
Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin anım günüdür.
Vilyam Hacıyevin vəziyyəti ağırdır
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev koronavirusa yoluxub. Cia.az-ın əldə etdiyi məlumata görə, sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb. V.Hacıyev Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəsisəsinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
“Ermənilər Şuşada yaxınlaşıb rica ediblər ki, onları da işə cəlb edək”
“Biz müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır”. Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
Şəhid həyat yoldaşının səsini eşidib ağladı
Vətən müharibəsi şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Sürfanə Hüseynli onunla bağlı xatirələrini bölüşüb.
Nyu-Yorkda Qarabağa işgüzar səfərlərin bərpa olunmasına dair Bakı və İrəvan ilə razılığa gəliblər
“ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Qarabağa işgüzar səfərlərin bərpa olunmasına dair Bakı və İrəvan ilə razılığa gəliblər”. Cia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransı zamanı deyib.


