banner
banner

Gündəm

Əli Əsədov Anım Günü münasibətilə Fuad Oktaya məktub ünvanladı

Baş nazir Əli Əsədov Anım Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Nazirlər Kabinetindən Cia.az verilən məlumata görə, məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək düz bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb.

Şəhidlərimiz Şimali İrlandiyada yad edildi - FOTO

Şimali İrlandiyada yaşayan Azərbaycan icmasının təşəbbüsü, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Pərvanə Ağazadənin iştirakı ilə Antrim şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

“Qarabağda yaşayan ermənilər də bunu görür”

“Biz vaxt itirmədən, müharibə başa çatar-çatmaz hərəkətə keçdik. Bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün sadəcə pul kifayət deyil. Resurslar, heyət, komanda, texniki imkanlar, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Elektrik enerjisi ilə bağlı məsələləri ilin sonuna qədər tamamlayacağıq. Bütün bölgəyə elektrik enerjisi veriləcək. Yol inşaatı da davam edir”.

“Həyat yoldaşımla bir daha fəxr etdim”

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox sevindim və təsirləndim".Cia.az xəbər verir ki, bu sözləri şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli Trend-ə açıqlamasında deyib.

ABB-dən “Anım günü” layihəsi

ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib.

Postmüharibə dövründə 30 minədək şəxs sosial dəstəklə əhatə olunub

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 minədək ailənin 10 minədək ailə üzvünə sosial-psixoloji dəstək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) reabilitasiya müəssisələrində 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. Bu barədə Cia.az ƏƏSMN-dən bildirilib.

Fəxrəddin Altundan Azərbaycanla bağlı paylaşım

“Azərbaycanlı qardaşlarımızın qəlbindəki 30 illik kədəri böyük bir sevincə çevirən prosesin fitilinin alovlandığı günün adıdır 27 sentyabr… Ermənistanın qanunsuz işğalına cavab olaraq qardaş Azərbaycan beynəlxalq hüquqdan irəli gələn qanuni hüquqlarından istifadə edərək əməliyyata başladı”.

Prezidentlə xanımının qürurla qaldırdığı portretlər...

Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Bakıda bu gün keçirilən yürüşdə Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimlinin, Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə terroru zamanı şəhid olan 10 aylıq Narin Xalıqovanın portretini qürurla daşıyıb.