Gündəm
Ermənilər belə düşünür - “Azərbaycan nə deyirdisə, etdi” + Video
“BBC Azərbaycanca” II Qarabağ müharibəsinin ildönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. Cia.az xəbər verir ki, videosüjetdə ermənilər məğlubiyyəti çox ağır yaşadıqlarını, bunun onlar üçün dəhşət olduğunu vurğulayırlar. Onlar ötən bir ili yaşamadıqlarını, məğlubiyyətlərini millət üçün rüsvayçılıq kimi qiymətləndirirlər.
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA-nın Qazaxıstanın Türkürstan şəhərində keçirilən 10-cu plenar iclasında çıxışı zamanı, Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətini vurğulayıb.
Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb -Video
İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə Rasim Balayev , duyğulu anlar yaşayıb. Cia.az xəbər verir ki, həmin anları “Birinci Studiya” proqramı lentə alıb.
Könüllülər “Dəmir Yumruq” simvolunu canlandırıblar.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun" şüarı altında fləşmob keçirilib.
Qarabağdakı hazırkı vəziyyəti dayanıqlı hesab etmək olmaz -Ruslan Puxov
“2020-ci il sentyabrın 27-si başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan və Ermənistan üçün dönüş nöqtəsi olmaqla yanaşı, həmçinin Cənubi Qafqazda siyasi və hərbi güc balansını da dəyişdirib”.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə görüşəcək
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar sentyabrın 29-u Soçidə baş tutacaq. Cia.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı
Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”.
General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib
Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
Pakistanın Rusiyadakı səfiri: “Qarabağla bağlı mövqeyimiz beynəlxalq hüquqa və əxlaq normalarına söykənir”
Qarabağ böhranının əvvəlindən beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Çünki Azərbaycan əraziləri işğal altında idi”. Bunu Cia.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunan tədbirdə iştirak edən Pakistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Şövkət Əli Xan bildirib.
AŞPA-da "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edilib
Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün AŞPA-nın payız sessiyasında qəbul edilib.
“Atam məni oyandırdı ki, “dur, müharibə başladı” - Qara Qarayev
“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr – Anım günü ilə bağlı paylaşım edib. Cia.az xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:
Fəxrəddin Altun: “27 sentyabr 30 illik kədəri böyük sevincə çevirən prosesin başlandığı gündür”
“27 sentyabr azərbaycanlı qardaşlarımızın qəlbində 30 illik kədəri böyük bir sevincə çevirən prosesin başlandığı gündür”.
Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”
“İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi ilk dəfə deyil. Bu, işğal dövründə də dəfələrcə baş verən hadisədir”. Cia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə verdiyi müsahibəsində deyib.
“Onsuz da Rusiyanın yüksək vəzifəliləri Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”
“Təbii ki, bu hallarla bağlı Rusiyaya şikayətlərimizi bildiririk. Haqlı şikayətlərimizi bildiririk. Lakin o təxribat qrupunun oraya girməsi rus sülhməramlılar orada yerləşməzdən öncə olub. Çünki noyabrın 10-da müharibə başa çatdı. Bundan sonra təxminən 2 min əsgərdən ibarət rus sülhməramlılarının orada məskunlaşması üçün zaman lazım gəlirdi. Orada çoxlu boşluqlar var idi. Burada ədalətli olmaq məcburiyyətindəyik. Onlar hələ o əraziyə tam nəzarət etməmişdilər.
“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıb
OBA” marketlər şəbəkəsində 27 sentyabr - Anım Günü münasibətilə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. “OBA Market” MMC-nin baş ofisində, həmçinin ölkə üzrə 1000-ə yaxın mağazalarında 12:00-da bir dəqiqəlik sükut olub


