banner
banner

Gündəm

Əşrəfoğlunun vəziyyəti ağır-stabildir

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır stabil olaraq qalır. Bu barədə Cia.az “Yeni Klinika”dan məlumat verilib. Bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti ağır-stabildir və vəziyyətində dəyişiklik yoxdur.

Operativ Qərargah məlumat yaydı

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Bilirsiniz, bu, ifrat həyasızlıqdır

“Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq?”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

Evdə toy edənlər cərimələndi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Ramin Bayramlı daha bir vəzifəsindən AYRILDI

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi”.

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışında bir daha Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalı olduğunu bəyan etdi. Dövlət başçısının bu mövqeyi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanır”.Cia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayı

“Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.

Şəhidlərin Anım Günü qeyd olunacaq

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.