banner
banner

Sİyasət

“Şərt deyil ki, hamı Bakıya gəlsin” - Prezident

İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq”.

"Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır" - MÜHÜM AÇIQLAMA

"Prezident İlham Əliyevin Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi "hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir" fikri sözügedən istiqamətdə Azərbaycan dövlətinin sistemli, ardıcıl mövqeyini ifadə edir. Bu bəyanat Azərbaycan dövlətinin milli kimlik məsələsinə yanaşmasının hüquqi və siyasi çərçivəsini də açıq şəkildə ortaya qoyur".

Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər

Milli Məclisin payız sessiyasının son iclasında çıxış edən spiker Sahibə Qafarova 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Ermənistan İranla strateji tərəfdaş olmağı planlaşdırır

Cia.az xəbər verir ki, Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin 25 dekabr tarixli iclasından sonra keçirilən mitinqdə belə bir açıqlama verib. Onun sözlərinə görə, Ermənistan ilə İran arasında münasibətlər çox yüksək səviyyədədir.