Sİyasət
Azərbaycan və Ermənistan arasında vacib sənəd imzalandı
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Daşaltı ilə bağlı bu əsasnamə təsdiqləndi
Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib.
İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Zəngəzur dəhlizinə Rusiya nəzarət etsə, İranın reaksiyası...
Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz məsələsini aktuallaşdırması Bakının bu məsələnin müvəqqəti olaraq gündəmdən düşdüyü barədə bəyanatını diplomatik uğur kimi təqdim edən İrəvandakı hakimiyyətin təbliğat maşınına zərbə oldu. Hurriyyet.az xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib. "İrəvan 9/10 noyabr tarixli üçtərəfli bəyanatı Paşinyanın “Dünyanın kəsişməsi” ("Sülh qovşağı") təklifi ilə müqayisə etməyə çalışır. Əslində isə bu təklifə heç kim məhəl qoymur. Azərbaycan sülh müqaviləsi imzalamaq niyyətində deyil, çünki onsuz da öz problemlərini həll edir, ona görə də sənədin hazırlanması prosesi hər cür ləngiyir. Rusiyanın əsas məqsədi isə statusundan asılı olmayaraq, bu marşruta nəzarəti ələ keçirməkdir ki, bu nəzarət onun geosiyasi rəqiblərinin əlində olmasın. Azərbaycan və Türkiyənin maksimalist məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar. 9/10 noyabr 2020-ci il tarixli bəyanata görə, bu, Rusiyanın müdaxiləsi səbəbindən uğursuz oldu. İran Ankara və Bakıya öz ərazisində alternativ təklif edərək dəhliz məntiqinə qarşı olduğunu bildirir. Tehran da Rusiyanın yola nəzarət etməsinə qarşı ola bilər, lakin bu, İran üçün Qərbin nəzarətindən daha yaxşıdır. Bu mənada 9/10 noyabr bəyanatının 9-cu bəndi də İran üçün faydalı ola bilər", - o bildirib./Axar.az/
Mühüm dövlət qurumu yaradıldı - Prezidentdən FƏRMAN
Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Əliyev-Putin razılaşmasında sensasion Qarabağ detalı – “Bu məqam gözdən qaçıb”
Son zamanlar belə fikirlər səsləndirilir ki, Ermənistanın Rusiyadan uzaqlaşdığı vaxtda Azərbaycan Moskvaya, Vladimir Putinə yaxınlaşır. İddia edilir ki, “hazırda Rusiya uduzan tərəfdir və belə bir ölkənin yanında dayanmaq rəsmi Bakının mənafeyinə ziddir”. Bəzi ekspertlər isə hesab edir ki, bu, sadəcə balans siyasətinin bir parçasıdır. Yəni Rusiya hələ məğlub tərəf deyil, kapitulyasiya sənədi imzalamayıb.
ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır
ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.
İrəvan meydan oxuyur: Paşinyan Putinin 2 təklifini rədd etdi
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Arakçıya zəng edib. Məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır. İki gün öncə İrəvandan Tehrana eyni məqsədlə zəng edilmişdi, hərçənd, Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkdi. Və istisna deyil ki, Mirzoyan Arakçını təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib.
Azərbaycan XİN Ukraynanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Prezident Mikayıl Cabbarova tapşırıq verdi
Qarabağda işlərlə bağlı, tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin.
Azərbaycanla Özbəkistan arasında hansı sənədlər imzalandı? - FOTOLAR (Yenilənib)
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Birinci xanımlar Daşkənddə görüşdü
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə görüşüblər.
Azərbaycan-Özbəkistan önəmli sənədləri imzalanıb
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Prezidentlərin məhdud tərkibdə görüşü başladı
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə məhdud tərkibdə görüşü başlayıb.
Prezidentin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilir - Video
Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
Putinin bu videosu gündəm oldu
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Çeçenistana səfər edib.


