Dünya
Gürcüstanın sabiq prezidenti məktub paylaşdı
Gürcüstanın üçüncü prezidenti Qori Hərbi Hospitalından məktub paylaşıb.
Almaniyada 100 mindən çox insan COVID-19-dan ölüb
Almaniyada pandemiya dövründə koronavirusdan ölənlərin ümumi sayı 100 119 nəfər olub. Cia.az xəbər verir ki, bu Almaniya Səhiyyə Nazirliyi yanında Robert Kox Virusologiya İnstitutunun cümə axşamı dərc etdiyi məlumatda əksini tapıb.
Fransada uşaqlar arasında koronavirusa yoluxma artır
Fransada bir həftədə 6-10 yaşlı uşaqlar arasında koronavirusa yoluxma hallarının sayı kəskin- 148% artıb.
Britaniyalı deputat südəmər oğlu ilə işə gəlmək hüququ tələb edir - FOTO
Böyük Britaniyanın Leyboristlər Partiyasından olan deputat Stella Kreysi İcmalar Palatasının gənc deputatların körpə uşaqlarla iclaslara gəlməsini qadağan edən yeni qaydalarını demokratiya üçün məhvedici adlandırıb. “Görünür, bütün dünya parlamentlərinin anası olan bir palatada analar görünməz və eşidilməz olmalıdır” - deyə o, “Twitter” səhifəsində yazıb.
Rusiyada mədəndə yanğın, 15 yaralı
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub. Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, mədəndə baş verən tüstülənmə nəticəsində 15 nəfər xəsarət alıb.
Rusiyada iki yaşındsa uşaqlar üçün Covid-19 əlehinə peyvənd hazırlanır
Rusiya prezidenti Vladimir Putin hökumətə yaşları 2-ni keçən uşaqlar üçün COVID-19-a qarşı peyvənd üzərində işləməyi tapşırıb.
Rusiyada kömür mədənində yanğın olub, ölənlər var
Rusiyanın Kemerova vilayətində kömür mədənlərinin birində baş verən yanğın nəticəsində 6 nəfər işçi ölüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinə ilk dəfə qadın rəhbərlik edəcək
Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ilk dəfə qadın rəhbərlik edəcək.
Zaxarova Rusiyanın Cənubi Qafqazdakı maraqlarını AÇIQLADI
“Cənubi Qafqaz regionunda əsas diqqət iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib”. Cia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Paşinyan çox çalışsa da İrəvanda Rusiya baş nazirinin qəbuluna düşə bilmədi
Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazir aparatı Rusiya Baş naziri Mixail Mişustinin qəbuluna düşmək üçün dəridən qabıqdan çıxsa da, sonda uğursuzluğa düçar olub.
Vladimir Putin Aleksandr Kalaşnikovu vəzifəsindən uzaqlaşdırıb
Rusiya prezidenti Vladimir Putin Aleksandr Kalaşnikovu Federal Penitensiar Xidmətin (FSIN) rəhbəri vəzifəsindən uzaqlaşdırıb. Cia.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı Kremlin saytında dərc olunub.
Türkiyə kəşfiyyatı “PKK”nın təhlükəli terrorçusunu zərərsizləşdirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında “PKK” terror təşkilatının üzvlərinə qarşı əməliyyat həyata keçirib. Cia.az “CNN Türk”ə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.
Ermənistan Qarabağ separatçılarına maliyyə yardımı ayırdı
Ermənistan hökuməti Qarabağdakı separatçılara növbəti irihəcmli maliyyə yardımı ayırıb.
Mişustin niyə Paşinyanla görüşməkdən imtina edib?
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Baş nazirləri noyabrın 18-dən 20-nə qədər Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvanda bir araya gəlmişdilər. İclas çərçivəsində bir sıra görüşlər keçirildi və sənədlər imzalandı. Lakin maraqlıdır ki, nə Ermənistan, nə də Rusiya mediasında iki ölkənin Baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin arasında ikitərəfli görüşün keçirilməsinə dair heç bir məlumat yayımlanmayıb.
Merkelin əri peyvənd olunmayan almanları qınadı
Almaniya kansleri Angela Merkelin əri Yoahim Zauer İtaliyanın “La Repubblica” qəzetinə bildirib ki, koronavirusa qarşı peyvənd olunmayan almanlar “tənbəldir”. Cia.az xəbər verir ki, bu səs-küylü açıqlama Almaniyanın Die Welt jurnalında dərc olunub.
İnterpola yeni prezident seçildi
İnterpolun prezidenti dəyişib. Cia.az-ın xəbərinə görə, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib


