Dünya
Mişustin İrəvanda caz kluba getdi
Rusiya Baş naziri Mixail Mişustin İrəvana səfəri çərçivəsində şəhərin məşhur “Malxas” caz klubuna gedib. Cia.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Bir qrup miqrant Polşa sərhədini qanunsuz keçməyə cəhd etdi
Polşa-Belarus sərhədində toplaşan miqrantlarla bağlı insidentlər səngimir. Cia.az-ın xəbərinə görə, Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, gecə miqrantlar ölkə sərhədini qanunsuz keçməyə dair bir neçə cəhd ediblər.
Son 24 saat ərzində Gercüstanda koronavirusdan daha 63 nəfər ölüb
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 278 yeni yoluxma halı qeydə alınıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
ABŞ-dan Saakaşvili ilə bağlı Gürcüstana çağırış
ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı ölkə rəhbərliyinə çağırış edib.
Ermənistanda COVID-19-dan ölənlərin sayı 7212 nəfərə çatıb
Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 799 yeni yoluxma qeydə alınıb.
Misirdə COVID ölümlərində antirekord qeydə alındı
Misirdə 2020-ci ilin iyul ayından bəri ən yüksək sutkalıq COVID ölümü qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutka ərzində 71 nəfər koronavirus nəticəsində yaranan ağırlaşdırıcı hallar səbəbindən vəfat edib ki, bu da ötən 16 ayın antirekordudur.
Yaponiya koronavirusdan zərər görmüş iqtisadiyyata fantastik həcmdə vəsait ayırır
Yaponiya koronavirus pandemiyasından zərər çəkən ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədi ilə yeni tədbirlər paketi hazırlayıb. Bu məqsədlə ölkə iqtisadiyyatına təxminən 78,9 trilyon yen (691,5 milyard dollar) ayrılacaq.
Siqareti söndürməməsi rusiyalı məşhur müğənniyə baha başa gəldi
Rusiyalı müğənni Marina Xlebnikova yanğın zamanı xəsarət alıb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məşhurun üzü və sinəsi də daxil olmaqla bədəninin 50 %-i yanıb. Hadisə Moskvada müğənninin ikimərtəbəli mənzilində baş verib.
Londonda güclü yanğın: İkisi uşaq olmaqla dörd nəfər öldü
Böyük Britaniyanın London şəhərində yaşayış evində başlayan güclü yanğın dörd nəfərin ölümünə səbəb olub. Faciə nəticəsində iki qadın və iki uşaq həyatını itirib.
Erməni deputat Paşinyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ
“Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi son bəyanatlar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 299-cu maddəsinin - dövlətə xəyanət əlamətlərinə uyğundur”. Cia.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib.
Saakaşvili ABŞ-dan kömək istədi
Hazırda həbsxanada saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili kömək üçün ABŞ rəhbərliyinə müraciət edib.
Almaniya sərt karantinə keçir
Almaniyada koronavirus pandemiyası ilə əlaqədər olaraq qapanmalar gözlənilir.
Putin tərəfdaşlarını düşmənlərinə çevirdi
Rusiya prezidenti Vladimir Putin noyabrın 18-də Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı Avropa İttifaqını, NATO-nu, o cümlədən ayrı-ayrı ölkələri - ABŞ-ı, Fransanı, Almaniyanı, Polşanı və Ukraynanı ittiham etdi. Putin dedi ki, Qərb Rusiyaya təhlükəsizlik təminatı verməyənə qədər Kreml onlara hər zaman “qırmızı çizgiləri” xatırladacaq. “Biz heç kimlə münaqişə istəmirik” deyən Kreml sahibi əslində buna tərs siyasət yürüdür. Rusiya yaxın ətrafında həm münaqişələr yaradır, həm də onları idarə etməyə çalışır.
Niderland qəzetindən Azərbaycana qarşı TƏXRİBAT
Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli “De Volkstrant” qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.


