Dünya
"Danışıqlar və müzakirələr nəticəsiz qaldı" -Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İranın nüvə proqramı ilə bağlı Tehranda apardığı danışıqlar nəticəsiz qalıb. Cia.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Ermənistanda iki hərbçi həbs edilib
Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi ilə əlaqədər onun iki yoldaşı həbs edilib.
ABŞ: “İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara üz tutacağıq”
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransındakı açıqlamasında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayaraq deyib ki, əgər İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti və ya hərəkətsizliyi ilə göstərərsə, ABŞ başqa yollara üz tutmaq məcburiyyətində qalacaq”.
İsveçdə qadın baş nazir seçildi
İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub. Cia.az məlumatına görə, o, İsveçin ilk qadın baş naziri olacaq.
Qaribaşvili Avropanın tənqidlərinə cavab verdi
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropanın sərt tənqidlərinə cavab verib.
Türkiyənin sabiq DİN rəhbəri vəfat edib
Türkiyənin keçmiş daxili işlər naziri Hasan Fehmi Güneş 87 yaşında dünyasını dəyişib. Cia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Gürcüstan ölkəyə gələn vətəndaşlarını koronavirus testi öhdəliyindən azad edir
Gürcüstanda koronavirus əleyhinə peyvənd vurduran ölkə vətəndaşlarından quru yolla vətənə gələrkən PCR testi tələb olunmayacaq.
Almaniyada koronavirusa görə iqtisadiyyatın bir çox sahələrində vəziyyət pisləşib
Almaniya Ticarət və Sənaye Palatasının (DIHK) Prezidenti Peter Adrian COVID-19-a yoluxma hallarının kəskin artması səbəbindən Almaniya iqtisadiyyatının bir çox sektorlarında vəziyyətin sürətlə pisləşəcəyi barədə xəbərdarlıq edib. "APA-Economics"in məlumatına görə, o, bu barədə DPA agentliyinə bildirib.
Rusiyada daha 33558 nəfər COVID-19-a yoluxub
Rusiyada son sutka ərzində daha 33 558 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Cia.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 434 393 nəfərə çatıb.
Ukrayna Belarusla sərhəddə xüsusi əməliyyat keçirir
Ukraynanın güc strukturları Belarusla sərhəddə xüsusi əməliyyat həyata keçirməyə başlayıblar. Cia.az Ukraynanın Sərhəd Xidmətinə istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi miqrasiya böhranının qarşısını almaqdır.
İran Prezidenti Türkmənistana səfər edəcək
İran Prezidenti İbrahim Rəisi Türkmənistana səfər edəcək. Cia.az-ın məlumatına görə, İ. Rəisi noyabrın 27-də Aşqabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək.
Türkiyədə ağır yol qəzası baş verib
Türkiyənin şərqindəki Şanlıurfa vilayətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir neçə uşaq da daxil olmaqla 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gürcüstanda koronavirus DƏHŞƏTİ: Daha 64 nəfər öldü
Gürcüstanda daha 3201 nəfər koronavirusa yoluxub.
Almaniyada vaksin vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək
Almaniyada koronavirus xəstələri və ya COVID-19-a qarşı peyvənd vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək. Mütəxəssislər bildirir ki, evtanaziya və ona hazırlıq məsuliyyət tələb edir, eyni zamanda insanın bu mərhələdə digər insanlarla ünsiyyəti mütləqdir.
Mixeil Saakaşvili: "Qızılgül İnqilabından əvvəl Gürcüstan ərazi idi və sonra dövlət oldu, qaranlıqda idi və parladı"
"Qızılgül İnqilabı Gürcüstanı regionun super ulduzuna və milyonlarla insan üçün ilham mənbəyinə çevirildi".


