banner
banner

Dünya

Tramp prezidentliyi dövründən kitab yazır

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp öz dörd illik prezidentliyi dövründən bəhs edən kitab yazır. Cia.az xəbər verir ki, bu barədə məlumatı Tramp “Newsmax TV” telekanalına verdiyi müsahibəsində açıqlayıb.

Türkiyədə 4,9 ballıq zəlzələ oldu

Türkiyənin Van vilayətində 4,9 bal gücündə zəlzələ baş verib. Cia.az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, zəlzələ Vanın Tuşba adlı bölgəsində qeydə alınıb. Zəlzələ yerin 7,62 kilometr dərinliyində meydana gəlib.

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verib. Cia.az xarici mediaya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi Ukraynanın Minskdəki hərbi attaşesini nazirliyə çağırıb və ölkəsinə nota verildiyini bəyan edib.

Ərdoğan Talibanın verdiyi vədləri yerinə yetirməsini istəyir

“Dohaya səfərimiz zamanı regional məsələlərlə bağlı, xüsusilə, Əfqanıstanın Kabildəki beynəlxalq hava limanının Türkiyə ilə Qətərin birgə əməkdaşlığı nəticəsində idarə olunması məsələsi gündəmimizdə olacaq”. Cia.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin sualların cavablandırarkən bildirib.