banner
banner

Dünya

"Qara cümə" ərəfəsində fişinq hücumlarının sayı kəskin artıb

"Kaspersky" şirkətinin mütəxəssisləri mövsümi endirimlər və "qara cümə" günü ərəfəsində onlayn ödəniş sahəsində fişinq hücumlarının sayında artım qeydə alıb. Şirkətdən Cia.az-a verilən məlumata görə, bu cür təhdidlərin dünya üzrə ümumi sayı sentyabr ayından oktyabradək 208% və ya üç dəfədən çox artıb.

Co Bayden tətilə yollanıb

ABŞ prezidenti Co Bayden 5 günlük kiçik tətil üçün Massaçusetsə yola düşüb. Bu barədə Ağ Ev məlumat yayıb.

Paşinyanın yeni müavini

Ambarçum Matevosyan Ermənistanın Baş nazirinin müavini təyin olunub. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Matevosyan daha əvvəl Armavir vilayətinin qubernatoru vəzifəsini icra edib.

Şvartsneggerin evi satışa çıxarılıb - FOTO

Kaliforniyada vaxtı ilə amerikalı aktyor və ştatın keçmiş qubernatoru Arnold Şvartsneggerə məxsus olan ev satışa çıxarılıb. Hollivud ulduzunun həyat yoldaşı Mariya Şrayverlə birlikdə yaşadığı malikanənin qiyməti 11 milyon dollar (18.7 milyon manat) qiymətləndirilib.

Lirənin ucuzlaşması etiraza səbəb oldu

Türkiyədə lirənin ucuzlaşmasından sonra İstanbul və Ankarada etiraz aksiyaları keçirilib. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, aksiya keçirilən ərazilərə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.