banner
banner

Dünya

II Elizabetin son vəziyyəti AÇIQLANDI

Kraliça II Elizabetin səhhətində ciddi problem yoxdur. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib. “Hər həftə olduğu kimi, bu həftə də Əlahəzrətlə danışdım və o, əla formadadır”, - deyə o bildirib.

Zelenskidən “Bayraktar”la bağlı xəbərə reaksiya

“Ukrayna ordusu silahdan yalnız Donbassda düşmən tərəfindən sükut rejiminin pozulmasına cavab olaraq istifadə edir”. Cia.az “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Odessa vilayətində jurnalistlərlə söhbəti zamanı deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sahib olduqları silahlardan yalnız dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün istifadə edirlər.

İbrahim Kalın: “Ərdoğan və Bayden Qafqazı müzakirə edəcəklər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden müzakirələr zamanı Qafqaz məsələsinə də toxunacaqlar. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada “CNN Türk”ün suallarını cavablandırarkən bildirib. O, daha bir-iki gün İtaliyada qalacaqlarını deyib:

ABŞ səfiri Mixail Saakaşvili ilə bağlı hakimiyyətə çağırış etdi

“Cənab Saakaşvilinin səhhətindən dolayı narahatıq və ona lazımi diqqət göstərildiyinə əmin olmaq üçün Vaşinqton da daxil olmaqla, vəziyyəti aktiv şəkildə izləyirik”. Cia.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə bildirib.

Bu il Ermənistandan Rusiyaya gedənlərin sayı açıqlanıb

30 il əvvəl olduğu kimi hazırda da Ermənistan vətəndaşlarının ən çox mühacirət etdiyi ölkə Rusiyadır. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Ermənistan 2021-ci ildə miqrant axınına görə ilk üçlükdə yerləşir. 2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min vətəndaş axın edib.

Ərdoğan Romadadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçiriləcək G20 Zirvəsinə qatılmaq üçün İtaliyaya gəlib. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onu hava limanında qardaş ölkənin Romadakı səfiri Ömer Gücük və Vatikandakı səfir Lütfullah Göktaş qarşılayıb.

Gürcüstanda seçkilərin ikinci turu keçirilir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başlayıb. Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, seçki zamanı 20 şəhər və rayona mer seçiləcək. Bununla yanaşı, 24 şəhərin 42 rayonunda şəhər şuralarına (sakrebulo) 42 majoritar deputatlar seçiləcək.