Dünya
Mark və həyat yoldaşını keçmiş işçiləri məhkəməyə verib
Feysbukun təsisçisi və rəhbəri Mark Zukerberq və onun həyat yoldaşı Priscilla Çan məhkəməyə verilib. Cia.az “NBC” telekanalına istinadən xəbər verir ki, məşhur cütlüyü məhkəməyə əvvəllər onların ailəsində çalışan iki işçi verib. İşçilər cütlüyü cinsi qısnama və diskriminasiyada ittiham edirlər.
İrina Zaretskaya Ümumdünya Karate Federasiyasının Atletlər Komissiyasının üzvü seçilə bilər.
Azərbaycanın qadın karate millisinin üzvü İrina Zaretskaya Ümumdünya Karate Federasiyasının (WKF) Atletlər Komissiyasının üzvü seçilə bilər. Cia.az-ın xəbərinə görə, namizədlərin təqdim olunması prosesi artıq başa çatıb.
Avropa Xalq Partiyası Mixail Saakaşvili ilə bağlı bəyanat yaydı
Avropa Xalq Partiyası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mülki xəstəxanaya aparılmasını tələb edir. Cia.az xəbər verir ki, bu barədə partiyanın “Twitter” səhifəsində qeyd olunub.
Baydendən koronavirusla bağlı təhlükəli hərəkət
ABŞ prezidenti Co Bayden Nyu-Cersi ştatında çıxışı zamanı ovucuna öskürüb, bundan sonra isə tribunadan düşərək çıxışa gələn insanlarla əl görüşüb. Bu zaman onun ağzında maska da olmayıb, halbuki bir müddət əvvəl onun kabinetinin üzvlərindən biri koronovirus infeksiyasına yoluxub.
Türkiyə iranlı pilotu kəşfiyyatdan necə xilas edib?
Türkiyənin kəşfiyyat və təhlükəsizlik qüvvələri keçən ay İran kəşfiyyatının adam qaçırılması cəhdinin qarşısını alıb. Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, sözügedən şəxs 2018-ci ildə Türkiyəyə qaçan iranlı helikopter pilotu Mehrdad Abdarbaşidən gedir. Məlumata əsasən, Abdarbaşi 2018-ci ildə İranın Suriyada həyata keçirdiyi əməliyyata qatılması istiqamətində əmr alıb. Lakin buradakı mübarizəyə qatılmaq istəməyən iranlı pilot Türkiyəyə qaçıb
Rusiyada doqquz yaşlı məktəbli oyun zamanı üç yaşlı uşağı güllələdi - FOTO
Xakasiya Respublikasının Ust-Abakan bölgəsində doqquz yaşlı oğlan başqa uşağı yanına dəvət edib, bundan sonra oyun zamanı təsadüfən onu başından güllələyib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Ərdoğan Baydenlə görüş yerini açıqladı
“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”. Cia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib. Ərdoğanın sözlərinə görə, görüşdə müzakirə ediləcək ən əsas mövzu “F-25” qırıcıları olacaq.
Fransa və İngiltərə arasında gərginlik artır: Paris Londonu hədələdi
Fransa balıq ovuyla bağlı məhdudiyyətə məquz qalmasına görə qisas almaq üçün Milad ərəfəsində Britaniya ilə arasındakı yük daşımalarını qəsdən dayandırmağa hazırlaşır. Səlahiyyətlilər qorxu içərisindədir.
İsrail və Səudiyyə Ərəbistanı tarixində ilk yaşandı
Tarixdə ilk dəfə olaraq İsrailə məxsus şəxsi təyyarə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə enib. Cia.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər olmadığına görə ölkələr kommersiya məqsədli hava daşımaları həyata keçirmir. Məlumata əsasən, bu ilk reys iki ölkə arasında münasibətlərin inkişafı yolunda əhəmiyyətli nailiyyət hesab olunur. Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanı ötən il hava məkanlarını bir-biriləri üçün açıb.
Saakaşvili: "İstənilən halda Qldani həbsxana xəstəxanasına getməkdən imtina edirəm"
“Onun bədəni nəzərəçarpacaq dərəcədə zəifləyib, səhərlər oyanmaqda çətinlik çəkir, qollarında və ayaqlarında, oynaqlarında zəiflik var, hərəkət etməkdə çətinlik çəkir”. Cia.az xəbər verir ki, bu barədə keçmiş prezident Mixail Saakaşvilinin vəkili Nika Qvaramia məlumat verib. "Saakaşvilinin iki dəfə reanimasiyaya ehtiyacı oldu və biz bir neçə dəfə demişik ki, hər dəqiqə təhlükəlidir. Piklər, uğursuzluqlar var və birdənbirə pisləşir. Buna baxmayaraq, mən sizə birbaşa deyə bilərəm ki, siyasi məhbus Mixail Saakaşvili ölməyəcək”, - Nika Qvaramia bildirib.
Sarkisyan Səudiyyə Ərəbistanına getdi
Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Cia.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ceff Fleyk Türkiyə səfiri olaraq təsdiqlənib
ABŞ Prezidenti Co Baydenin Türkiyə Səfirliyinə namizədi ilə bağlı Senat qərar verib. Cia.z xəbər verir ki, Ceff Fleyk Senatda səfir olaraq təsdiqlənib.
Ukrayna Donbassda “Bayraktar”dan istifadə etdi
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbassda “Bayraktar” pilotsuz uçuş aparatından istifadə etdiyini açıqlayıb. cia.az xəbər verir ki, bu barədə Baş Qərargahın mətbuat xidmətindən bildirilib.
Uhanda kişi 7 nəfəri öldürüb özünü çaya atdı
Çinin Uhan şəhərində 39 yaşlı bir kişi bıçaqla ətrafdan keçən insanlara hücum edib. Cia.az “Sina”ya istinadən xəbər verir ki, Qao soyadlı şəhər sakini hücum zamanı 7 nəfəri bıçaqlayaraq öldürüb.
Münhen Təhlükəsizlik Konfransının vaxtı bəlli olub
Münhen Təhlükəsizlik Konfransının vaxtı bəlli olub. Cia.az-ın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Konfransın rəhbəri Volfqanq İşinger bildirib. Onun sözlərin görə, Təhlükəsizlik Konfransı 2022-ci il 18-20 fevral tarixində keçiriləcək.
Litvada piyada keçidinə görə iki dövlət qurumu məhkəməlik oldu
Litvanın paytaxtı Vilnüsdə bələdiyyə ilə polis təşkilatı piyada keçidinə görə məhkəmədə üz-üzə gələcək. Cia.az xarici KİV-ə istinədən xəbər verir ki, söhbət 2018-ci ildə Pylimo prospektində LGBT bayrağının rənglərində boyanmış piyada keçidindən gedir.


