banner
banner

Dünya

Ərdoğanı xaricə səfəri zamanı o əvəzləyəcək

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-31-də Romada səfərdə olacaq. Bunun ardınca isə, o, noyabrın 1-2-də Böyük Britaniyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransında iştirak edəcək.

Nazir Olimpiadadakı uğursuzluğu araşdıracaq

“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”. Cia.az xəbər verir ki, bunu mətbuata açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Suriyadakı azərbaycanlı cihadçılar TOQQUŞDU

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbəl ət-Türkmən şəhərində silahlı qruplaşmalar arasında toqquşma olub. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl Qaidə”yə yaxınlığı ilə seçilən “Hayat Təhrir əş-Şam” qruplaşması ilə “Cundulla” qruplaşması arasında döyüşlər başlayıb.

Co Bayden İtaliyaya səfər edəcək

ABŞ prezidenti Co Bayden G20 zirvə görüşündə iştirak etmək üçün İtaliyaya səfər edəcək. Cia.az “Reuters”ə istinadla xəbərinə görə, dövlət başçısı aeroportda brifinq keçirdikdən sonra Romaya yola düşəcək. “Washington Post”un məlumatına görə prezident brifinqdə sosial siyasətlə bağlı planlarını açıqlayacaq. Co Baydenin Romaya səfər proqramına Papa Fransisklə görüş və G20 zirvə görüşündə iştirak daxildir. Tədbirdən sonra o, iqlim məsələləri üzrə beynəlxalq konfransda (COP26) iştirak etmək üçün Şotlandiyaya yola düşəcək.

Ermənistanda Azərbaycan və Türkiyənin radio kanalları yayımlanır

Ermənistanda Azərbaycan və Türkiyənin radio sədaları eşidilməyə başlanılıb. Cia.az xəbər verir ki, bu barədə “Zohovurd” qəzeti yazıb. Nəşr bildirir ki, Türkiyənin radio kanalları İrəvanda, Azərbaycanın radio dalğaları isə bölgələrdə yayımlanır.

Paşinyan İstrakovla regiondakı vəziyyəti müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovla görüşüb. Cia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan və İstrakov Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sarkisyan sərhədlərlə bağlı Putinə məktub yazıb

“Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsi məsələsi Rusiyanın iştirakı olmadan həll edilə bilməz”. Cia.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində deyib.O bildirib ki, iki ölkə arasında sərhəd problemi münaqişənin yaranması fonunda başlayıb:

Saakaşviliyə dəstək mitinqi yenə izdihamlı oldu - VİDEO

Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib. Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən “Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib. Mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub. Bildirilir ki, “Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub. Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib.

Pakistanda polislə radikal fəallar arasında toqquşma, 8 ölü

Pakistanda “Tehrik-i-Labbayk Pakistan” radikal islam təşkilatının aktivistləri ilə polislər arasında toqquşma olub. Cia.az “The News” qəzetinə istinadən xəbər verir ki, Pəncab əyalətində baş vermiş insident zamanı 8 nəfər həlak olub. Həlak olanların 4-ü polis əməkdaşıdır.

Polşa üçün gündə bir milyon avro cərimə

Avropa Ədalət Məhkəməsi Polşanı gündəlik bir milyon avro ödəmək cəzasına məhkum edib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sözügedən ölkənin ədliyyə islahatına dair həmin məhkəmə tərəfindən verilmiş qərarların icrasından imtina etməsidir. Belə ki, Polşa hökuməti Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinin qərarını bu ölkəyə qarşı təzyiq kimi dəyərləndirərək rədd edib.

“Taliban” 14 ölkənin rəsmisi ilə görüşdü

Taliban”ın rəhbərliyində təmsil olunan şəxslər Qətərin paytaxtı Dohada 14 ölkənin rəsmi nümayəndəsi ilə görüş keçirib. Bu barədə “Taliban”ın sözçüsü Bilal Kərimi məlumat verib.