banner
banner

Dünya

Ermənistanda son sutkada COVİD-19-dan 44 nəfər ölüb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 308 326 nəfərə çatıb. Cia.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1 587 nəfər COVİD-19-a yoluxub, 44 nəfər ölüb.

Avropa Şurasının rəhbəri: "Növbəti pandemiyalara hazır olmalıyıq"

"Böyük iyirmiliyin" (G20) liderlərinin Romada keçirilən sammitində çıxış edən Avropa Şurasının rəhbəri Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı növbəti pandemiyalara hazır olmalıdır. Avropa Şurasının rəhbəri bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqaviləyə ehtiyac olduğunu bəyan edib.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun əsgəri İraqın şimalında Hakurk bölgəsində şəhid olub. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqaviləli İslam Çiftçi terrorçularla atışma zamanı həlak olub. Onun ölüm Andırın bölgəsində yaşayan ailəsinə bildirilib.

Rusiyada iki azyaşlı bacı öldürülüb

Rusiyada iki azyaşlı bacı öldürülüb. Cia.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 05.00 radələrində Tuvanın paytaxtı Kızılın Lopsançapa küçəsində baş verib.

İraqdakı ABŞ səfirliyi raket atəşinə tutuldu

İraqın paytaxtı Bağdad şəhərində terror aksiyası baş verib. Cia..az xarici KİV-ə istinadla xəbər verir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə üç raket zərbəsi endirilib. Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib. Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.

Nika Melia Mixail Saakaşviliyə müraciət etdi

"Müxalifətin indi qalib olduğu bir vaxtda mənim arzum o olardı ki, Mixeil Saakaşvili aclığı dayandırsın" Cia.az xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın merliyə namizədi Nika Melia bildirib.

Əfqanıstanda iranlı jurnalistlərə silahlı hücum

İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.

Kaxa Kaladze yenidən Tbilisi meri seçildi

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb. Cia.az xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər sayılıb.

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlanıb

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar “exit-poll”un ilkin nəticələri elan edilib. Cia.az xəbər verir ki, əsas diqqət paytaxt Tbilisinin meri vəzifəsinə seçkilərə yönəlib.

Ərdoğanla Bayden bu gün görüşəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden Romada ikitərəfli görüş keçirəcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.