banner
banner

Dünya

Hindistan Pakistanın qələbəsinə sevinənləri həbs etdi

Pakistan kriket idmanı üzrə dünya çempionatında Hindistana qalib gəldikdən sonra iki ölkə arasında münasibətlər yenidən gündəmə gəlib. Cia.az “BBC”yə istinadən xəbər verir ki, Hindistan Pakistanın qələbəsini bayram edən 3 kəşmirli tələbəni saxlayıb.

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib - FOTO

Güney Azərbaycanın Həmədan və Zəncan şəhərlərində, həmçinin Qərbi Azərbaycan əyalətləri və İranın bir neçə digər şəhərində məhkəmə orqanlarının əməkdaşları etiraz aksiyası keçiriblər. Məhkəmə binalarının qarşısına toplaşan narazı məhkəmə işçiləri hökumətdən əməkhaqlarının artırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Onlar qaldırdıqları sosial tələblərə hökumət tərəfindən biganə münasibət sərgilənməsinə etiraz ediblər.

Dariuş Popek: “Avropa İttifaqı strukturlarına güvənmək özünü doğrultmur”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutması ehtimal edilən görüşdə sərhədin delimitasiyası ilə bağlı vacib qərarın əldə oluna biləcəyi və ölkələr arasında sülh sazişinin imzalanacağı ilə bağlı mövzular artıq bir neçə aydır ki, müzakirə olunur.

Ermənistanda qumbara partladı, 4 hərbçi yaralandı

Ermənistanda 4 hərbçi qumbaranın partlaması nəticəsində yaralanıb. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, insident Qeqarkunik rayonunda sərhəd ərazilərinin birində baş verib.

Qriqoryan sülhməramlılarla bağlı arzusunu təkrarladı

“Ermənistan Rusiya sülhməramlılarının Qarabağda daha uzun müddət qalmasının tərəfdarıdır”. Cia.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin bu gün keçirilən brifinqində deyib. “Ermənistan Qarabağda Rusiya sülhməramlı kontingentinin 2020-ci ilin 9 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddətdən daha artıq qalmasının tərəfdarıdır”, - deyə Qriqoryan bildirib.

Ərdoğan-Bayden görüşünü ABŞ tərəfi təklif edib

“Ərdoğan-Bayden görüşünün təklifi ABŞ tərəfindən gəlib”. Cia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə verdiyi müsahibəsində deyib. “İndi elə görünür ki, görüş Qlazqo şəhərində olacaq. Görüşün tarixi və saatı bəlli olduqda açıqlanacaq”, - deyə M.Çavuşoğlu qeyd edib.

“Avropa və Rusiya Ermənistanı sülh sazişinə necə məcbur etdi?!”

10 noyabr tarixli Bəyanatın imzalanmasının ildönümünə bir neçə gün qalmış Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarında sərhədlərin müəyyənləşdirilməsinin, bütün kommunikasiyaların blokdan çıxarılmasının və sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı fikirlər daha geniş yer almaqdadır. Hadislərin gedişatının bu istiqamətdə dəyişməsi və Azərbaycan tərəfinin uzun müddətdir ki, ortaya qoyduğu sülh təşəbbüslərinə uyğun fikirlərin qarşı tərəfdən səsləndirilməsinin səbəbləri hər birimizdə maraq doğurmaqdadır. Əsasən regionda, habelə regionumzla bağlı dünyada baş verən prosesləri və xüsusilə də son hadisələri ciddi şəkildə izləyib təhlil etsək mövcud reallıqlar açıq şəkildə gözümüzün önündə canlanacaqdır.

İran rejimi Təbrizdə şərlənərək həbs olunan güneyli fəala təzyiq göstərir

İran rejimi ağır həbs cəzasına məhkum edilən Güney azərbaycanlı fəal Əkbər Nəimini təzyiqlərə məruz qoyur. Buna səbəb onun Azərbaycan uğrunda fəaliyyətinə görə “peşman olmadığını” bildirməsi, irəli sürülən ittihamlarla razılaşmasıdır. Artıq azərbaycanlı siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib. Azərbaycanlı fəalın həbs olunmasından 5 ay keçməsinə baxmayaraq, hələ də məzuniyyətə buraxılmayıb

Səfirlərlə bağlı məsələnin arxasında Bayden dayanır?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 10 ölkənin səfirlərinin iş adamı Osman Kavala ilə bağlı bəyanatlarından sonra geri addım atmaqlarını şərh edib. Cia.az “CNN Türk”ə istinadən xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, səfirlər günahı bir-birilərinin üzərinə atmağa başlayıb.

“Türkiyə heç vaxt çarəsiz qalmayıb” - Çavuşoğlu

““F-35” proqramının tərəfdaşlarından biri olmağımıza rəğmən haqsız şəkildə proqramdan çıxarıldıq”. Cia.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı deyib.

Türkiyə MN Ankarada ABŞ-la görüşün keçirildiyini təsdiqlədi

Türkiyənin Milli Müdafiə Nazirliyi Ankarada Türkiyə və ABŞ-ın Müdafiə Nazirlikləri arasında görüş keçirildiyini təsdiq edib. Cia.az xəbər verir ki, nazirlik tərəflərin görüş zamanı “F-35” proqramı ilə bağlı narazılığı və maliyyə məsələlərini müzakirə etdiyini açıqlayıb.

Gürcüstanda meşə yanır

Gürcüstanın Duşeti rayonunda meşə yanğını başlayıb. Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, meşə Zemo Amirni kəndinin yaxınlığında yerləşir.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul bölgədə gözlənilən yağışa görə fövqəladə vəziyyət elan edib. Bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.