banner
banner

Dünya

Peyvənddən imtina edən əsgərlər orduddan QOVULDULAR

ABŞ-da peyvənddən imtina edən 27 əsgər ordudan qovulub. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 27 əsgəri koronavirusa qarşı peyvənd olunmağı rədd etdikləri üçün xidmətdən kənarlaşdırıblar.

Fransa hərbi gəmisi Qara dənizə daxil olub

Fransanın idarəolunan raketlərlə silahlanmış “Auvergne” gəmisi Qara dənizə daxil olub. Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Qara dəniz donanması gəmini müşahidəyə alıb.

Ankara və İrəvan xüsusi nümayəndələr təyin edir

Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. “Haber-Türk” xəbər verir ki, bunu bazar ertəsi Türkiyə parlamentində çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Rusiya və Çin Prezidentləri danışıqlar aparacaq

Çin Prezidenti Si Cinpin dekabrın 15-i Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans formatında görüş keçirməyi planlaşdırır. Cia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çuninin yaydığı bəyanatda bildirilir.

İran kriptovalyutası tezliklə bazara çıxacaq

İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi İran kriptovalyutasının sınaq versiyasının tezliklə bazara çıxacağını bildirib. O, bu barədə Tehranda keçirilən konfransda çıxış edərkən məlumat verib.

Dubay hökuməti kağızdan imtina etdi

Dubay rəsmi sənəd dövriyyəsində kağızdan tamamilə imtina edən ilk dövlət olub. Məlumata görə, bundan sonra bütün rəsmi əməliyyatlar və əhaliyə göstərilən xidmətlər elektron formatda həyata keçiriləcək.

ABŞ-da “Omikron”a yoluxanların əksəriyyəti tam peyvənd olunub

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusun “Omikron” ştammı ilə yoluxmuş vətəndaşların əksəriyyətinin tam peyvənd olunduğunu bildirib. CDC qeyd edilib ki, yeni ştamma yoluxma hallarının 43-dən 34-də xəstələr COVID-19-a qarşı tam vaksinasiya olunub.

Leonard kometini gözlə görmək mümkün olacaq

Yerə ən yaxın məsafədən keçən Leonard kometini dekabrın ortalarına qədər adi gözlə müşahidə etmək mümkün olacaq. Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.

Roma Papası Ukrayna üçün dua etdi

Roma Papası Fransisk Ukrayna xalqına dəstəyini ifadə edərək, ölkə ətrafında yaranmış gərginliyi beynəlxalq dialoq yolu ilə həll etməyə çağırıb.

ABŞ-dan sərfəli alış-veriş artıq hər kəs üçün əlçatandır

Xaricdən onlayn alış-veriş etməyi sevənlərin əksəriyyəti düşünür ki, ABŞ mağazalarından sifariş vermək daha rahatdır. Heç kimə sirr deyil ki, ABŞ-a məxsus elektron hipermarketlərdə və bazarlarda malların çeşidi boldur. Qiymətlər isə hazırda bir çox ölkənin bazar qiymətindən daha ucuz, demək olar ki, maya dəyərinə yaxındır.

Rusiyada koronavirusdan ölənlərin sayı 290 mini keçib

Rusiyada son sutka ərzində daha 29 558 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Cia.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 046 454 nəfərə çatıb.