banner
banner

Dünya

Çində koronavirusa yoluxma artdı

Ötən sutka ərzində Çində 235 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin şimalında və şimal-şərqində infeksiyanın ocağının olduğu 20 yanvardan bəri ən yüksək göstəricidir.

İsrailin baş naziri özünü təcrid etdi

İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib. Bu barədə baş nazirin mətbuat katibi Anna Yonatan-Leus məlumat verib.

NATO-nun Şərqə doğru genişlənməsinə Rusiyanın mümkün cavabı açıqlandı

Rusiya prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru irəliləməsinə cavab vermək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirib. “Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır”, - deyə o, “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə müsahibəsində bəyan edib. Dövlət başçısı Moskvanın ABŞ və Şimali Atlantika Alyansı üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini xatırladıb.

Hindistanda partlayış: Altı ölü, altı yaralı

Hindistanın Bihar əyalətindəki əriştə fabrikində baş verən partlayış nəticəsində altı nəfər ölüb, daha altı nəfər yaralanıb. Bu barədə NDTV kanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Nobel Sülh Mükafatı laureatı öldü

Cənubi Afrika arxiyepiskopu, Nobel Sülh Mükafatı laureatı Desmond Tutu vəfat edib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası rəsmi məlumat yayıb.

“Taliban” Əfqanıstanda 2 nazirliyi bağladı

“Taliban” keçmiş administrasiyaya tabe olan Sülh və Parlament İşləri nazirliklərinin kabinet siyahısından çıxarıldığını açıqlayıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsünün müavini Bilal Kərimi məlumat verib.

Yunanıstanın keçmiş prezidenti vəfat etdi

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bazar günü 92 yaşında vəfat edib. Cia.az xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.

Fransada canavar sürüsü qəfəsdən qaçdı

Fransanın cənubundakı Montredon şəhərindəki zooparkda 9 canavar qəfəsdən qaçıb. Hadisə zooparkın ziyarətçilər üçün açıq olduğu günorta saatlarında baş verib.

Sudanda polis xəstəxanaya qaz bombası atıb

Sudanda hökumət əleyhinə etiraz aksiyalarında on mindən çox adam iştirak edib. Cia.az “Monde” qəzetinə istinadla xəbərinə görə, paytaxt Xartumda küçəyə çıxan insanlar hərbi rejimin mülki hökumətlə əvəz olunmasını tələb ediblər.

İsveçrədə 90 mindən çox insan təcrid olunub

İsveçrədə koronavirusa yoluxma və ya xəstə ilə təmasa görə 90 mindən çox adam təcrid olunub. Cia.az-ın xəbərinə görə, bu məlumat İsveçrənin İctimai Səhiyyə üzrə Federal Ofisinin son statistikasında yer alır.